Millimizin daha bir üzvü “Neftçi”də

XƏBƏR 22 İyun 2010 / 13:19 2584
-  A +

Milli komandamızın üzvü, hazırda klubsuz olan Zeynal Zeynalov öz xahişi əsasında "Neftçi"nin məşqlərinə qatılıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fiziki formasını qorumaq istəyən yarımmüdafiəçiyə "ağ-qaralılar"ın heyətində məşq keçməyə şərait yaradılıb. Onun klubda qalıb-qalmayacağı barədə son qərarı baş məşqçi Arif Əsədov verəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner