"Neftçi" yeni mövsümün hazırlıqlarına başladı

XƏBƏR 21 İyun 2010 / 18:18 1986
-  A +

Bu gün "Neftçi" komandası 2010/11 mövsümünün hazırlıqlarına başlayıb. Bazada bir araya gələn futbolçular ilk məşqə çıxıblar. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, öncə fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin flaqman üzvlərinə müxtəlif təmrinlər keçib. Daha sonra futbolçular baş məşqçi Arif Əsədov, məşqçilər Bəxtiyar Musayev və Elmir Xankişiyevin rəhbərliyi altında toplu çalışmalar ediblər. Məşqə yeni transfer, Makedoniya yığmasının yarımmüdafiəçisi Slavko Georgievski də qatılıb. "Neftçi"nin digər yeni futbolçusu, braziliyalı Denis Silva isə əşyalarını toplamaq üçün vətənində olduğundan, hazırlıqda iştirak etməyib.

 

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu