"Son günlər ölkəmizin bəzi idman mətbuatında Azərbaycan futbolunun flaqmanı "Neftçi"nin yeni transferləri haqqında qərəzli yazılar dərc olunmaqdadır. "Neftçi"PFK olaraq bildirmək istəyirik ki, flaqman rəhbərliyi yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında və ölkə kubokunda yalnız qələbə qazanmağı qarşısına məqsəd qoyub. Bunun üçün klubda lazımlı islahatlar aparılıb". Qol.Az-ın məlumatına görə, bu sözlər "Neftçi" klubunun bü gün yaydığı bəyanatdan götürülüb: "Yeni mövsümdən etibarən yığma komandamızın üzvləri ilə yanaşı komandamızda gənc və perspektivli futbolçulara heyətdə yer verilib. Həmçinin klub rəhbərliyi əcnəbi futbolçuların transferi məsələsinə də çox ciddi yanaşaraq almaq istədiyi oyunçuları yaxından izləmək məqsədilə seleksiya işlərinə start verdi. Bu məqsədlə baş məşqçi Arif Əsədovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Avstriyaya ezam olundular Komandamız ilk olaraq Makedoniya yığmasının əsas simalarından biri olan yarımmüdafiəçi Slavko Georgievskini transfer etdi. Uzun illər ölkə xaricində top qovan futbolçu Makedoniya yığmasının ən aparıcı üzvlərindən biridir. Premyer Liqa davam edərkən klubun vitse-prezidenti Tahir Süleymanov və seleksiyaçı-məşqçi Bəxtiyar Musayev Braziliyaya yollanaraq futbolçuları izləyirdilər.Flaqmanın həyata keçirdiyi ikinci transferdə böyük səs-küyə səbəb oldu, belə ki, Braziliya A seriyasının komandalarından olan "Qremio Prudente"nin müdafiəçisi Denis Silva bir çox təkliflərə baxmayaraq məhz "ağ-qaralı" formanı geyməyə razılıq verdi. Öz açıqlamalarında "Neftçi"nin böyük klub olmasını qeyd edən braziliyalı futbolçu bu amilin keçidində böyük rol oynadığını vurğuladı.Lakin bəzi mətbuat orqanları bütün görülən işlərə gölgə salmaq istəyi ilə qərəzli yazılar dərc edirlər. Belə yazıları yazanlar ən azından özlərinə hörmət etməlidirlər. Flaqmanın böyük adından istifadə edərək özünü reklam etmək peşəkarlıq deyil. Flaqman hər zaman kütləvi informasiya vasitələri ilə yüksək səviyyəli əlaqələr qurub və bu ənənəni davam etdirəcək."Neftçi" PFK rəhbərliyi olaraq bildirmək istəyirik ki, yeni mövsümdə qazanacağımız nəticələrlə doğru yolda olduğumuzu sübut edəcəyik".
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq