“Bakı”ya yeni məşqçi təyin olundu

“Bakı”ya yeni məşqçi təyin olundu
XƏBƏR 18 İyun 2010 / 19:12 2103
-  A +

“Bakı”nın yeni baş məşqçisi Vinfrid Şeferin köməkçisinin adı məlum olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssisin yardımçısı Mano Polkinq təyin edilib.
Əslən braziliyalı olan Polkinq 1976-cı ildə doğulub. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Mano vətənində “İnternatsional”ın şərəfini qoruyub. Daha sonra 7 il Almaniya çıxış edən “Bakı” klubunun yeni məşqçisi bundesliqada bir neçə, o cümlədən də “Arminiya” klubunun şərəfini qoruyub. Daha sonra Cənubi Kiprə yollanan Polkinq orada “Olimpiakos” və “Apoel”in heyətində çıxış edib. 
Futbolçu karyerasını başa vurduqdan sonra Polkinq 2008-ci ildə “Əl-Ayn”da, “Bakı”nın hazırkı baş məşqçisi Vinfrid Şeferin yanında məşqçiliyə başlayıb. Bu gündən etibarən Mano Polkinq “Bakı” klubunun məşqçisi kimi çalışacaq.

 


Son xəbərlər