Fariz Yusifova da Avropa çempionatından təklif gəldi

Fariz Yusifova da Avropa çempionatından təklif gəldi
XƏBƏR 17 İyun 2010 / 16:32 1976
-  A +

FİFA referisi Fariz Yusifov yeni təyinat alıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupu çərçivəsində sentyabrın 20-dən 27-dək keçiriləcək oyunları idarə edəcək hakimlərdən biri də Fariz Yusifov olacaq. Bu qrupun oyunları Belarusda keçiriləcək. Qrupda Rumıniya, Belçika, Qazaxıstan və Belarus komandaları mübarizə aparacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner