Ölkə kubokunun sahibi “Bakı”nın yeni baş məşqçisi Vinfrid Şeferin köməkçiləri sabah ölkəmizə təşrif buyuracaq. Qol.Az-ın məlumatına görə, alman çalışdırıcı özü üçün 3 əcnəbi köməkçi gətirir. Onlardan birinin qapıçılarla işləyən məşqçi, digər birinin fiziki hazırlıq üzrə çalışdırıcı olduğunu da vurğulayaq. Həm Şeferin, həm onun köməkçilərinin, həm də o vaxta qədər həyata keçiriləcək transferlərin təqdimat mərasimi isə paytaxt klubu ölkə xaricinə təlim-məşq toplanışına yollanmazdan əvvəl təşkil olunacaq. Qeyd edək ki, “zolaqlılar” iyunun 25-də ölkə xaricinə yollanacaq. Avropa Liqasındakı təmsilçimiz ya Almaniya, ya da Sloveniyada hazırlıq keçməyi planlaşdırır. Elə təqdimat mərasiminin də səfərə çıxmazdan 1-2 gün öncə keçirilməsi gözlənilir.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir