AFFA, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş ölkə çempionatının final oyunu keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, «Şəfa» stadionunda baş tutan həlledici oyunda Azərbaycan Beynəlxalq Universiteti və Naxçıvan Dövlət Universitetinin komandaları qarşılaşıb. Gərgin keçən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penalti seriyalarını daha dəqiq yerinə yetirən Naxçıvan Dövlət Universitetinin komandası rəqibini 3:2 hesabı ilə məğlub edərək çempion adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov, Təhsil nazirinin müavini Elmar Qasımov, Sahə Futbol Federasiyasının vitse-prezidenti Rüfət Əmirov və Tələbə Futbol Federasiyasının vitse-prezidenti Vaqif Qasımov ilk üç yeri tutan komandalara müvafiq olaraq bürünc, gümüş və qızıl medallar təqdim ediblər. Həmçinin 3-cü yeri tutan Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin komandalarına 3 min manat, ikinci yerin sahibi Azərbaycan Beynəlxalq Universitetinə isə 6 min manat pul mükafatı və diplomlar verilib. Ölkə çempionu adını qazanan Naxçıvan Dövlət Universitetinin komandasına kubok baş katib Elxan Məmmədov tərəfindən təqdim olunub. Çempion komandaya 10.000 (on min) manat pul mükafatı verilib. Bundan əlavə, Cavid Əsgərov (Naxçıvan Dövlət Universitetinin) çempionatın ən yaxşı qapıçısı, İsmayıl İbrahimov (Azərbaycan Texniki Universiteti) ən yaxşı müdafiəçisi, Şuay Abdullayev (Bakı Dövlət Universiteti) ən yaxşı yarımmüdafiəçisi, Tural Xəlilov (Azərbaycan Beynəlxalq Universiteti) ən yaxşı oyunçusu, Elməddin Balaşov (Naxçıvan Dövlət Universiteti) ən məhsuldar oyunçusu adına layiq görülüblər. Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin komandası ölkəmizi iyul ayında Polşada keçiriləcək tələbələr arasında Avropa çempionatında təmsil edəcək.
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə