Kiyev «Dinamo»sunun seleksionerləri Azərbaycan millisinin oyununu niyə izləyiblər?

XƏBƏR 15 İyun 2010 / 14:41 2225
-  A +

Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində Azərbaycan və Makedoniya millilərinin oyunlarını izləyənlər arasında Kiyevin «Dinamo» klubunun seleksionerləri də olub. Qol.Az-ın «Kiyevskiye vedomosti» qəzetinə istinadən verdiyi məlumata görə, «Dinamo»nun nümayəndələri həmin matçda Makedoniya millisinin və Hollandiya «Herenven»inin 25 yaşlı sol kənar müdafiəçisi Qoran Popovun oyununu izləyiblər. Popovun oyununu bəyənən kiyevlilər artıq bu futbolçuyla beşillik müqaviləyə imza atıblar.
«Dinamo»nun prezidenti İqor Surkis bildirib ki, bu futbolçunun oyununu çoxdan izləyirmişlər: «Popovla bağlı yekun qərarı isə Makedoniya millisinin Azərbaycan və Avstriya ilə qarşılaşmalarından sonra verdik. O, ilk oyunda hücumlara tez-tez qoşulurdu, ikinci matçda isə daha çox müdafiədə oynayırdı».

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi