Bu gün saat 14.00-da Moskvanın «Olimpiyski» manejində Azərbaycan çempionu «İnter» «Birlik kuboku» turniri çərçivəsində 1/4 final oyununu keçirib. Qol.Az saytı bu oyundan online-reportaj yayımlayıb. «Olimpiyski» manejində olan əməkdaşımız Səməd Səfərov oyunla bağlı ən son xəbərləri verib.
***
İNTER - REQAR-TADAZ - 2:0
"İnter"in heyəti: Simeonov, Assioli, Əliyar İsmayılov, Samir Abbasov, Xəyal Mustafayev, Çervenka, Zlatinov, Aranut, Rubins, Cavid Hüseynov, Auqusto
"Reqar-Tadaz"ın heyəti: Dodov. Çoriyev, İrqaşev, Erqaşev, Rüstəmov, Barotov, Ortikov, Mahmudov, Rəbimov, İsmayılov, Nemətov.
Baş hakim: Yuri Baskakov (Rusiya).
Matç bitdi - İnter 1/2 finalda!!!
90. İnter son hücumlarını edir.
89. Reqar-Tadaz-da Sisoyev Dodovu əvəzləyir.
88. Quqlemona dəstək olsaydı, İnter üçüncü qolu vura bilərdi.
88. Reqar-Tadaz-da Erqaşevin uzaqdan zərbəsi qapıdan çox uzağa getdi.
84. Qapımıza təhlükəli nöqtədən cərimə zərbəsi. Barotovun zərbəsindən sonra top qapnını yanından keçir.
83. İnterdə Şəfriyar Rəhimov Rubinsin yerinə girir
79. Barotovun sağ cinahdan təhlükəli zərbəsindən sonra top tirə dəyərək çıxır. İnterin bəxti gətirdi.
Reqar-Tadaz-da İsmayılovun yerinə Şərifov girir. İnterdə isə Xəyal Mustafayevin yerinə Petroviç meydana daxil olur.
76. Zlatinov gözəli fəndlər göstərir.
76. İsmayılov zədələnib. Ona həkim kömək eləyir.
75. İnterin əks-hücumlarında son anda dəqiqlik çatışmır.
74. Reqar-Tadaz-da İsmayilov komandasının oyun boyu ən təhlükəli zərbəsini vurur. Simeonov gözəl sıçrayışla topu çıxardır.
73. Oyunun tempi aşağı düşüb. Reqar-Tadaz yenə də hücumdadır.
İnterin oyunçular çox yorğundurlar. Yəqin hesab onlarda artıq arxayınçılıq yaradıb. Hücuma belə oyunçular dəstək vermirlər
Reqar-Tadaz-da Xolbekov Rəbimovu əvəzləyir.
71. Samir Abbasov cərimədən ötürülən topu uzanaraq baş zərbəsilə qapıya göndərdi. Amma zərbə təhlükəli alınmadı.
71. İnterin oyunçular çox yorğundurlar. Yəqin hesab onlarda artıq arxayınçılıq yaradıb.
70. Əks-hücum. Amma Quqlemon Şişkinə ötürməni çox gec verdi. Rəqib yenə hücumdadır.
69. İnter yalnız əks-hücumlarda qol vurmağa çalışır.
68. Oyun tamamilə meydanın İnterə aid hissəsində cərəyan edir.
68. Reqar-Tadaz hücumdadır. Amma sonda uğura müvəffəq ola bilmirlər.
67. Zlatinov qapıya doğru tək irəliləyib, təhlükəli zərbə vurdu, Dodov topu qaytardı.
66. Reqar-Tadaz-da Mahmudovun zərbəsi qeyri-dəqiq oldu.
65. Oleq Şişkin İnterdə Qoran Arnatunu əvəzləyir.
65. Xaqanin səhvindən sonra az qala qol olacaqdı. Amma qoldan İnteri xilas etdi.
64. Reqar-Tadaz indi üstünlüyə malikdir. Yalnız onlar hücum edirlər.
63. Bu dəfə isə cərimə meydançası içində rəqibin oyunçusu açıq-aşlar özünü yerə yıxdı. Hakim yenə susdu.
62. Oyun mübarizəsində cərimə meydançası içində top oyunçumuzun əlinə dəydi, rəqib penalti tələb etdi, hakim susdu.
60. Çervenkanın zərbəsinin qarşısını müdafiəçilər aldılar.
59. Zlatinovun cərimədən ötürdüyü topa Quqlemon gözəl zərbə vursa da, qol olmadı. İnter rəqibini qapısına sıxıb.
59. Reqar-Tadaz-da Ortikovun yerinə Ulmasov girir.
58. Gözəl hücumun sonunda Xəqani çox təhlükəli zərbə vurdu. Qapıçı son anda topu çıxartdı.
57. İrqaşovun yerinə Reqar-Tadaz-da Eminov girir.
55. Növbəti dəyişiklik. Nemətovun yerinə Reqar-Tadaz-da Rövşənov meydana girir.
54. Dəyişiklik. Rəqibin heyətində Rüstəmovun yerinə Kərimov meydana daxil olur. İnterdə isə Xəqani Məmmədov Auqustonu əvəzləyir.
54. Yenidən bütün üstünlük İnterin tərəfindədir.
53. Ardarda Reqar-Tadaz-ın oyunçuları səhvlər edir. Auqusto növbəti imkandan yararlana bilmədi.
53. Quqlemon rəqibin oyunçusunun səhvindən yararlanıb, uzaqdan çox təhlükəli zərbə vurdu. Qapıçı topu qaytardı.
53. Reqar-Tadaz yavaş-yavaş hücumlar qurmağa başlayır.
51. Oyunda üstünlük İnter tərəfindədir. Rəqib oyunçuları ikinci qol deyəsən çox çaşbaş saldı.
49. Quqlemon - 2:0
İNTER PENALTİ VURUR - QUQLEMON - 2:0
46. Zlatinov uzaqdan qapıya doğru zərbə vurmaq istəsə də, zərbə qeyri-dəqiq alındı.
45. Reqar-Tadaz sol cinahdan hücum təşkil etdi, sonda oyunçularının zərbəsi qeyri-dəqiq oldu.
İkinci hissə başladı
Komandalar meydana daxil olurlar. Bu dəqiqələrdə ikinci hissə başlayacaq.
Birinci hissə başa çatdı
45. Son dəqiqələrdə İnter hücumdadır
44. Oyun bu arada bir az sərt keçir.
42. Bu dəqiqlər də yalnız Reqar-Tadaz hücumdadır.
41. Ortikovun sol cinahdan asması çox təhlükəli alındı. Simeonov yerindədir.
40. Quqlemon İnterdə Cavid Hüseynovun yerinə girir
39. Valentin Xodukin də komandasından narazıdır. O, ehtiyat oyunçu Quqlemona yaxınlaşıb, göstərişlər verir.
38. Bu gün İnterin hücumçuları çox dişsiz görünür.
37. Samir Abbasov əsəbləşərək "Hamı top gözləyir." deyə yoldaşlarının üstünə qışqırdı.
36. Reqar-Tadaz dalbadal hücumlar qurur.
Əvvəlki oyunlara nisbətən bugün azarkeşlər daha çoxdur. Tribunada 200-ə yaxın azarkeş var.
33. Reqar-Tadaz hücumdadır. Amma hələlik təhlükəli bir şey yoxdur.
31.Rəqibin hücumcusu Mahmudov qapımıza təhlükəli zərbə vursa da, qapıçımız yerindədir.
29. Zlatinov Cavidə daha sürətli ötürmə versəydi, ikinci qapıçı ilə təkbətək çıxacaqdı.
28. Rəqibin oyunçusu küncdən atılan topu qayçı zərbəsi ilə qapıya göndərmək istəsə də, alınmadı.
Azarkeşlər komandamızı daha bir qola səsləyirlər.
24. Azərbaycansayağı küncdən zərbə bir nəticə vermədi.
23. Rubinsin uzaqdan zərbəsini qapıçı çıxardır.
22. Zlatinov Hüsynova qeyri-dəqiq ötürmə verməsəydi, bəlkə də, İnter qol vura bilərdi.
Oyunu 150-ə yaxın azarkeş izləyir.
18. Cavid Hüseynov sağ cinahda çox fəaldır.
15. Reqar-Tadaz sol cinahdan hücumlar həyata keçirir. Amma müdafiəçilərimiz sayıqdırlar.
13. İnter hücumdadır. Caviddən qapı ağzında təhlükəli zərbə. Qapıçı yerindədir.
11. Rəqib sağ cinahdan hücum etməyə çalışır. Hələlik ancaq ötürmələr verirlər.
9. İnterin müdafiəçisinin səhvindən az qala rəqibin hücumçusu istifadə edəcəkdi, amma ayağı topa çatmadı.
7. Cavid Hüseynov Augustoya gözəl ötürmə versə də, ikinci şansından yararlana bilmədi.
Meydanda 100-ə yaxın azarkeş var. Türkiyəli azarkeşlər də oyunu izləyənlər arasındadırlar.
6. Reqar-Tadaz hücumlarını sol cinahdan qurur. Hələlik rəqib olduqca fəal görünür.
5. Reqar-Tadaz yavaş-yavaş oyunda balans yaradır. Hücumdadırlar.
3. Cavid Hüseynovdan təhlükəli zərbə. Müdafiəçilər yerində.
1. İnter oyuna başladı. Hələ ki top komandamızdadır.
Oyun başladı
Komandalar meydana çıxdı
Elvin Məmmədov: «Rəqib ¼ finala çıxıbsa, deməli, güclüdür. Oyuna tam hazırıq. Özümə gəlincə, əgər növbəti mərhələyə adlasaq, yəqin ki, meydana çıxacam.
***
Azarkeşlər arasında Azərbaycanın sabiq birinci vitse-premyeri Abbas Abbasov da var.
***
Oyunun başlamasına 20 dəqiqə qalsa da, tribunalarda azarkeşlərin sayı heç 20 nəfər deyil.
***
Əsas heyətlə məşq edənlər arasında "İnter"in Antalyadakı təlim-məşq toplantısında xəstələnən, sonradan isə "Birlik kuboku"nun ilk oyunlarını buraxan milli komandamızın gənc oyunçusu Cavid Hüseynov da var. Görünür, bu gün o da meydana çıxacaq.
***
Hazırda "İnter" meydanın kənarında yüngül məşqlər edir. Elvin Məmmədovla yanaşı bu oyunda İvan Testemitianu da meydana çıxmayacaq.
***
Xəqani Məmmədov: Komandada vəziyyət əladır. Oyuna tam hazırıq. Elvindən başqa zədəlimiz yoxdur. Gələn oyunlara yəqin hazır olar.
"Roma" onu əsas namizəd kimi görür
Yunanovdan növbəti poker, "Şəfa"dan darmadağın - Video
FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
"Barselona" Fliklə yeni müqavilə imzaladı - Rəsmi
"Şahdağ Qusar" belə çempion oldu - Video
"İnter" "Barselona"nın futbolçusunu hədəflədi
"Şahdağ Qusar" 2-ci liqanın çempionu oldu
"Mançester Yunayted" və "Yuventus" onunla maraqlanır
De Brüyne seçim arasındadır
Avropada mövsümün rəmzi komandası
Fransa millisinin "Dördlər finalı" üçün heyəti
Misli Premyer Liqasında mövsümün son turunun hakimləri
Qurban Qurbanov “Barselona”nın düşərgəsində!
Ronaldo: "Daha 10 il futbol oynayacağam"
Azərbaycan - Macarıstan matçının hakimləri açıqlandı
18 ildir oynadığı "Real"dan ayrılır
Bilbaodakı ingilis finalını hansı kanallar yayımlayacaq?
Azərbaycanda oynayan Ronaldo milliyə çağırıldı
1-ci liqa klubunun baş məşqçisinə sərt cəza
AFFA "Zirə" və "Şamaxı"nı cərimələdi
Amorim: "Avroliqanın finalı mənim üçün vacib deyil"
Kontenin əvəzinə Alleqri
Bakıdan Qlobal Arenaya: Rəsmi FIFA agenti Emil Əsədov futbol agentliyinin rolunu necə dəyişir?
Qvardiolanı ağlatdı - Şəkillər
Azərbaycandan Qazaxıstan millisinə
Ronaldo Almaniya ilə oyun üçün milliyə çağırıldı
"Mançester Siti"dən De Brüyneyə jest - Şəkil
Ronaldonun 40 yox, 28 yaşı var imiş
"Lerik" qalib gəldi, "Füzuli" 2-ci liqanı tərk etdi - Video
"Mançester Yunayted" onu hədəflədi
"Şimal"ın qələbəsindən - Video
"Barselona" Rafinya ilə anlaşdı
5 qol vuruldu, "Ağdaş" qalib gəldi - Video
Alvares "Atletiko"dan gedir, ya qalır?
"Lerik", "Şimal" və "Ağdaş"dan qələbə
Dünya çempionu karyerasını başa vurur
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Macarıstan millisinin Azərbaycan ilə oyun üçün heyəti
"Barselona"dan Haaland açıqlaması
"Real"ın sabiq futbolçusu karyerasını bitirdi