Azərbaycan milli komandasının sabiq üzvü Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Azərbaycan futbolunun hazırkı durumu sizi qane edir?
- Daha çox böyük futbolun vəziyyətindən narazıyam. Legionerlər çox olduğundan yerlilər klublarda çox az çıxış edirlər. Gəlmə futbolçular yerliləri üstələyirlər. Bu isə onu göstərir ki, yerli futbolçuların durumu istənilən səviyyədə deyil.
- Deməli, ehtiyatda qaldıqları üçün yerlilər ilk növbədə özlərini günahlandırmalıdırlar?
- Əlbəttə. Çünki üzərlərində işləmirlər. Yerli futbolçu gərək öz üzərində ikiqat səylə işləsin ki, əcnəbini sıxışdırıb heyətdən çıxarsın. Amma bizimkilər bunu bacarmırlar. Adi bir şeyi götürək. Niyə gedib başqa ölkədə legioner həyatı yaşaya bilmirlər? Çünki səviyyələri buna imkan vermir.
- Belə başa düşdüm ki, yaxın zamanlarda legioner limitinin aradan qaldırılmasının tərəfdarı deyilsiniz?
- Yox, bu olmalıdır. Amma tədricən. Limit mütləq tətbiq edilməlidir. Çünki hazırda istər milli, istərsə də klub səviyyəsində uşaq və yeniyetmə futboluna diqqət var. İstedadlı uşaqlar da yetişir. Əgər limit olmasa, o zaman həmin uşaqlar əsas komandada necə möhkəmlənəcəklər? Hamısı itib gedər. Bu mənada limit olmalıdır ki, həmin yerli gənclər də əsas komandada möhkəmlənib qabağa getsinlər.
- Premyer-Liqanın səviyyəsi barədə hansı fikirdəsiniz?
- Ötən mövsümlə müqayisədə bu mövsüm bir qədər səviyyə qalxıb. Artıq 5-6 komanda çempionluğa oynayır. Amma deyərdim ki, burada da yerli futbolçuların əməyi yoxdur. Çempionata rəng qatanlar da elə əcnəbilərdir.
- Hazırda “Neftçi-2”nin baş məşqçisisiniz. Gede ilə münasibətiniz necədir?
- Yaxşı. Tez-tez ünsiyyətdə olduğumdan deyə bilərəm ki, o, əvəzedici komandaya çox diqqət yetirir. Təsadüfi deyil ki, bir-neçə gənc futbolçunu da əsas komanda ilə birlikdə Antalyaya təlim-məşq toplanışına aparıb
- Əsas milli komanda haqda nə düşünürsünüz?
- Gərək yaxşı material olsun ki, ondan da istifadə olunsun. Yuxarıda qeyd etdiyim kimi, legioner limitinin mövcudluğu hələ ki, Foqtsun da seçim imkanlarını mühdudlaşdırır. Bununla belə yaxşı haldır ki, o, gənc futbolçuları əsas komandaya çağıraraq onlara oynamaq şansı verir.
- Sizin dövrünüzdəki milli komanda ilə indiki arasında hansı fərqi görürsünüz?
- Biz sovet məktəbi keçdiyimizdən peşəkarlıq var idi. Hamı üzərinə düşən məsuliyyəti bilirdi. Sadəcə, Avropa arenasında yeni olduğumuzdan təcrübə çatışmırdı. Amma indi şərait də var, təcrübə də. Lakin futbolçularda peşəkarlıq yoxdur.
- Amma bəzi futbolçular indi də bəzən şəraitdən gileylənirlər
- Hansı şəratdən giləylənirlər?! Biz o vaxt xaric üzü görmürdük. Butsu, formanı güclə tapırdıq. İndikilərə hər cür şərait yaradılıb. İstədiyi pulu klublar onlara verir. Forma, top dəst-dəst alınır. Dünyanın istənilən yerinə təlim-məşq toplanışına yollanmaq şansları var. Daha nə istəyirlər? Yaxşısı budur, öz üzərlərində işləyib səviyyələrini qaldırsınlar.
- Foqtsun seçiminə münasibət də birmənalı deyil. Doğrudanmı, milli komandaya layiq olub diqqətdən kənarda qalan var?
- Bilirsiniz, mən də məşqçiyəm və bu mənada deyərdim ki, hər bir məşqçinin öz oyun fəlsəfəsi var. Ola bilər, mənim bəyəndiyimi o bəyənməsin, onun bəyəndiyini isə mən. Ona görə milli məşqçisinin işinə qarışmaq düzgün deyil. Çünki yekunda əldə olunacaq nəticəyə görə ilk növbədə o məsuliyyət daşıyacaq.
- Böyük futbol şəhərlərinin futbolsuz qalması inkişafa nə dərəcədə mane olur?
- Birbaşa təsir edir. Sumqayıt, Gəncə kimi şəhərlərin futbolsuz qalması yaxşı hal deyil. Bu şəhərlər zəhmətkeş şəhərlər olduğundan uşaq gözün açandan zəhmətə öyrəşir. Məsələn, mən özüm Sumqayıt futbolunun yetirməsiyəm. Futbol oradakı uşaqların qanındadır. O gün televizora baxıram, necə istedadlı uşaqlar var. Amma şəhərin komandası yoxdur.
- Maraqlıdır, Sumqayıt futbolunun yetirməsi olsanız da, bir dəfə də olsun doğma şəhərinizin komandasının formasını geyinməmisiniz.
- Elə alındı ki, bu, mənə qismət olmadı. Mən 6-ci sinifdən Sumqayıtdan çıxıb Bakıya gəldim. Çünki futbolçu kimi daha da inkişaf etmək istəyirdimsə, bunu etməli idim. Sonradan isə 15 yaşında “Nefçi”yə qəbul olundum. Bilirsiniz, «Neftçi» Azərbaycan futbolunun markası idi. Hara gedirdin, “Neftçi”nin oyunçusu olduğunu biləndə oynamaq şansın daha çox olurdu. Nə isə, futbolçu kimi Sumqayıtda oynamadım İnşallah, məşqçi kimi bunu edərəm. Bəlkə elə, qismətdə bu var.
- Futbolçu karyeranızdan razı qaldınız?
- Bəli. 20 il futbolda oldum. Avropa və dünya çempionu adını qazandım.
- O dövrə qayıda bilərik?
- 1987-ci ildə Kanadada gənclər arasında dünya çempionatı keçirilirdi. SSRİ yığması finalda Nigeriya ilə oynayırdı. Oyun 1:1 hesabı ilə başa çatdı və 11 metrlik zərbələrlə qalib gələrək dünya çempionu adını qazandıq. Həmin vaxt mən də SSRİ yığmasının əsas oyunçularından idim və hətta müdafiəçi olsam da, iki qol vurmuşdum. 1988-ci ildə isə Çexoslavakiyada gənclər arasında Avropa çempionu adını qazandıq və finalda Portuqaliyanı 3:1 hesabi ilə məğlub etdik. Həmin vaxt portuqaliyalıların heyətində Fernando Koutu, Joa Pinto kimi futbolçular oynayırdı.
- Futbol oynadığınız dönəmdə ürəyiniz istəyən qədər pul qazana bilmisiniz?
- Bacardığım qədər çalışmışam ki, bədxərclik etməyim və gələcəyimi təmin edim. Təbii ki, yaxşı günlərim də olub, pis günlərim də.
- Karyeranız ərzində yaxşı və pis mənada xatırladığınız oyunlar hansılardır?
- Pis mənada 2000-ci ildə “Şəmkir”lə keçirilən qızıl oyunu heç vaxt yadımdan çıxarmayacam. Yaxşı mənada isə millinin heyətində 1996-cı ildə İsveçrə ilə oyunu və “Neftçi”nin heyətində UEFA kuboku çərçivəsində Sofiya “Lokomotiv”i ilə oyunları qeyd edərdim.
- Bu gedişlə Azərbaycan futbolu nə vaxt DÇ və AÇ-nın final mərhələsində oynaya biləcək?
- Əgər gənc futbolçulara diqqəti artırıb ən əsası onlarda qalibiyyət ruhu aşılasaq, o zaman yaxın on ildə bunu bacara bilərik.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində