İki elit amerikalı futbol məşqçisi iyun ayının 13-dən 18-nə kimi azərbaycanlı gənclər və gənc məşqçilər üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi silsilə məşqlər keçirmək məqsədilə Azərbaycana səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib. Onlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə məsləhətləşmələr də aparacaq. 1999-cu ilin qadınlar arasında keçirilən Dünya Kubokunun qalibi Sindi Parlou və keçmiş premyer liqa futbolunun sabiq məşqçisi Jon Koun peşəkar səviyyədə futbol oynayıblar və gənclər yetişdirən təcrübəli məşqçilərdir.
Futbol nümayəndələrinin səfəri Amerikanın Bakıdakı Səfirliyi, Dövlət Departamentinin təhsil və mədəniyyət məsələləri bürosunun, Birləşmiş İdman Mərkəzinin AFFA, Gənclər və İdman Nazirliyinin bölgə rəsmilərinin dəstəyi ilə ərsəyə gəlib.
Səfərin məqsədi azərbaycanlı gənclər və məşqçilərlə onların futbol və məşq bacarıqlarının artırılması istiqamətində işləmək, sağlam həyat üçün ideyaları bölüşmək və idmanı təhsilin vacibliyini vurğulayan yaxşı balanslaşdırrılmış həyat kontekstinə daxil etməkdir.
Amerikalı cütlük iyun ayının 13-də Mərdəkanın Qala ərazisində oğlanlar və qızlar üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi məşqlər keçirəcək. İştirakçılara Qalada ABŞ-ın müdafiə əməkdaşlığı ofisinin dəstəyi ilə tikilmiş məktəbin şagirdləri və qaçqın icmalarından olan şagird və müəllimlər də qoşulacaq. Onlar 14-15 iyunda Bakıda AFFA rəsmiləri, o cümlədən, baş katib Elxan Məmmədovla görüşəcək, qızlar və gənc liqalar, məktəblərdən 20 gənc məşqçi üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi məşqlər keçirəcək. 16-18 iyunda futbol nümayəndələri bölgələrə, o cümlədən, Şamaxı, Xaçmaz və Qubaya səfərlər edəcək və orada oğlan və qızlardan ibarət qarışıq qruplardan, təxminən, 220 gənc üçün xüsusi məşqlər təşkil etməyə müvəffəq olacaqlar ("Trend").
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli