"Xəzər Lənkəran" bu gün Almaniyaya yola düşür

"Xəzər Lənkəran" bu gün Almaniyaya yola düşür
XƏBƏR 11 İyun 2010 / 11:16 2097
-  A +

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Xəzər Lənkəran" bu gün gecə saatlarında Almaniyaya yola düşəcək. Qol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov komandanın yay təlim-məşq toplanışının ikinci mərhələsinin Almaniyanın Burqhausen şəhərində təşkil ediləcəyini açıqlayıb.
İlkin olaraq Almaniyadakı hazırlığı iyunun 25-nə kimi davam etdirməyi planlaşdıran cənub təmsilçisinin toplanışının vaxtı UEFA Avropa Liqasının püşkatmasının nəticəsindən asılı olaraq dəyişə bilər.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner