Yığmamız Moldova üzərində qələbə qazandı

Yığmamız Moldova üzərində qələbə qazandı
XƏBƏR 11 İyun 2010 / 11:10 2024
-  A +

Moldovada təşkil olunmuş beynəlxalq turnir çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Kişinyovdakı «Zimbru» stadionunda moldovalı həmyaşıdları ilə qarşılaşıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Məqsəd İsayevin vurduğu 3 qol sayəsində oyun 3:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Qeyd edək ki, millimiz ilk oyunda belaruslu həmyaşıdlarına 2:4 hesabıyla məğlub olmuşdu.


Qarabağ FK
Son xəbərlər
topaz banner