"Neftçi"nin baş məşqçisi Arif Əsədov yeni transfer Slavko Georgiyevski barədə fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında o deyib ki, dayaq yarımmüdafiəçisi mövqeyində boşluq olduğundan, bu ampluada oynayan futbolçu axtarıblar: "Slavko Georgievskinin oyununu Avstriyada Azərbaycan və Makedoniya yığmalarının yoldaşlıq görüşündə canlı izlədik. Klub rəhbərliyinin yürütdüyü transfer siyasətinə əsasən, futbolçuları canlı izləyib, onların çıxışını qiymətləndiririk. Georgiyevski həm yığmamızla görüşdə, həm də bundan bir neçə gün sonra Rumıniyaya qarşı keçirilən matçda yaxşı təsir bağışladı. Onun oyununu bəyəndikdən sonra keçidin rəsmiləşməsi üçün lazımi işlərə başladıq".
Əsədov bildirib ki, makedoniyalı futbolçu müsbət keyfiyyətlərə malikdir: "Dayaq yarımmüdafiəçisi mövqeyi müdafiə və yarımmüdafiə arasında körpüdür. Georgiyevskinin müsbət futbolçu keyfiyyətləri çoxdur. O, topa yaxşı nəzarət edir, istər dağıdıcı, istərsə də yaradıcı futbol oynamaq bacarığına malikdir. Ən əsası Slavko özünü meydanda sərbəst aparır. 2-3 futbolçunun əhatəsindən belə, asanlıqla çıxır. Transfer çalışmaları davam edir. Braziliyadan futbolçular gözləyirik. Həmçinin, Avropada da seleksiya işləri aparılır. Komandamıza əcnəbi futbolçu transfer olunan kimi, bu barədə "Neftçi"nin rəsmi saytında xəbər yerləşdiriləcək. İyunun 20-də ilk təlim-məşq toplanışına başlayacağıq. Həmin vaxtadək transferlərlə bağlı işin heç olmasa 80 faizini başa çatdırmaq istəyirik".
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli