Andrey Rubins «Qarabağ»ın düşərgəsində

Andrey Rubins «Qarabağ»ın düşərgəsində
XƏBƏR 10 İyun 2010 / 11:54 2474
-  A +

«Qarabağ» Samir Abbasovdan sonra «İnter»in daha bir futbolçusu - Andrey Rubinsi heyətinə qatmaq üzrədir. Qol.Az-ın əldə etdiyi məlumata görə, artıq bir neçə gündür latviyalı müdafiəçi Ağdam klubu ilə birgə məşq edir. Lakin Samir Abbasovdan fərqli olaraq, Rubinsin «İnter»lə hələ altı aylıq müqaviləsi qaldığından latviyalı yarımmüdafiəçinin «Qarabağ»a keçidi hələlik rəsmiləşməyib.
Qeyd edək ki, Rubins bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanan «Qarabağ»ın tərkibində yoxdur. Amma onun «İnter»lə problemləri yoluna qoyduqdan sonra «Qarabağ»ın məşqlərinə qatılacağı və komandayla müqavilə imzalayacağı gözlənilir.


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda