«Qarabağ» rəsmən ilk transferini gerçəkləşdirdi

«Qarabağ» rəsmən ilk transferini gerçəkləşdirdi
XƏBƏR 9 İyun 2010 / 14:37 2518
-  A +

«Qarabağ» klubu yay fasiləsində ilk transferini reallaşdırıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin və Bakının «İnter» klubunun futbolçusu Samir Abbasovla rəsmi müqavilə imzalanıb.
Üç il əvvəl «Qarabağ»da çıxış etmiş Ağdam klubunun onun üçün doğma komanda olduğunu bildirib: «Öncələr bu komandada çıxış etdiyimə görə öz evimə qayıtdığımı deyə bilərəm. Klub rəhbərliyini, çalışanlarını yaxşı tanıyıram. «Qarabağ»ın 9 futbolçusu ilə millidə birlikdə çıxış edirdim. Baş məşqçi Qurban Qurbanovla da münasibət yaxşıdır. Belə bir kollektivdə çıxış etmək həqiqətən əladır. İnşallah, «Qarabağ»da çempion olmaq istərdim».
«Qarabağ»ın direktoru Əmrah Çəlikəl Qol.Az-a Samir Abbasovla iki illik müqavilə imzalandığını deyib.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi