Samir Abbasovun “Qarabağ”a keçidi dəqiqləşdi

Samir Abbasovun “Qarabağ”a keçidi dəqiqləşdi
XƏBƏR 9 İyun 2010 / 13:03 2075
-  A +

Millimizin müdafiəçisi Samir Abasov klubunu dəyişib. Qol.Az-ın məlumatına görə, son mövsümdə “İnter”lə ölkə çempionu adını qazanan təcrübəli futbolçu gələn mövsümdən “Qarabağ”ın şərəfini qoruyacaq. Bu haqda məlumatı Qol.Az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl də təsdiqləyib. Onun sözlərinə görə, artıq bütün məsələlərdə anlaşdıqları Samirlə yalnız rəsmi müqaviləyə imza atmaq qalıb: “Onunla bütün məsələlərdə anlaşmışıq. Yalnız rəsmi müqaviləyə imza atmağımız qalıb. Samir Abbasovla iki illik müqavilə imzalayacağıq”.
Ağdamlılarla iki illik müqavilə imzalayacaq “İnter”in sabiq kapitanı yeni klubunun düşərgəsinə gələn həftənin əvvəlində qoşulacaq.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi