Lotar Matteus «Bakı»nın baş məşqçisi vəzifəsinə namizəd olub

Lotar Matteus «Bakı»nın baş məşqçisi vəzifəsinə namizəd olub
XƏBƏR 9 İyun 2010 / 12:59 2903
-  A +

Almaniya futbolunun canlı əfsanəsi Lotar Matteus «Bakı» klubunun baş məşqçisi vəzifəsinə namizədlər arasında olub. Qol.Az-ın əldə etdiyi məlumata görə, Matteusun menecerləri vasitəsilə uzun müddət danışıq aparılsa da, tərəflər razılığa gələ bilməyib. Bildirilir ki, Matteusun «Bakı»ya keçidi üçün tələb olunan məbləğ klubun büdcəsinə uyğun gəlmədiyindən onun namizədliyindən imtina edilib.
Bu arada «Bakı» klubunun yeni baş məşqçisinin adının bu gün və ya sabah açıqlanacağı gözlənilir. 

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi