Millimizin “Slaviya” ilə görüşəcəyi dəqiqləşdi

XƏBƏR 20 Yanvar 2009 / 21:11 2620
-  A +

Yanvarın 27-dən fevralın 12-dək Dubayda təlim-məşq toplanışında olacaq milli komandamızın yoldaşlıq matçı çərçivəsində üçüncü rəqibinin kimliyi dəqiqləşib. AFFA-nın baş katibi Elxan Məmmədovun Qol.Az saytına verdiyi məlumata görə, “Slaviya” ilə matç baş tutacaq: “Çexiyanın “Slaviya” (Praqa) komandası ilə razılıq əldə olunub. Milli komandamız Dubay toplanışında üçüncü yoxlama görüşünü “Slaviya”ya qarşı fevralın 7-də keçirəcək”.


Son xəbərlər