Moldovada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Oliver Pelzerin müsahibəsi
- Rəhbərlik etdiyiniz komanda artıq ikinci dəfədir ki, bu turnirdə iştirak edəcək. Rəqiblər barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Moldova, Rumıniya və Belarusun 17 yaşadək futbolçulardan ibarət yığma komandası ilə üz-üzə gələcəyik. Rəqiblərimizin oyunlarını izləmişəm. Onlar haqda kifayət qədər informasiya toplamışam. Ötənilki turnirlə müqaisədə hər üç komandanın heyətində kifayət qədər dəyişiklik var. İlk oyunumuzu bu gün Belarus millisinə qarşı keçirəcəyik. Turnirin təcrübə baxımından həm futbolçular, həm də məşqçi heyəti üçün faydalı olacağını düşünürəm. Keçirdiyimiz təlim-məşq toplanışı heyətə yeni cəlb olunan futbolçular üçün də mühüm əhəmiyyət kəsb edir.
- Ötən il bu turnirin həlledici oyununda belaruslara 0:2 hesabı ilə məğlub olaraq ikinciliklə kifayətlənmişdiniz. Bu baxımdan bugünkü oyuna nə dərəcədə prinsipial yanaşırsınız?
- Bu, sadəcə oyundur. Əvvəlki nəticələr tarixə qovuşub. Bizim komanda bu gün və gələcək üçün çalışır. Əlbəttə, ilk oyun hər zaman çətin keçir. Amma biz yalnız qələbə üçün oynayacağıq.
- Heyətlə bağlı hər hansı bir probleminiz varmı?
- Xeyr. Heyətdə heç bir zədəli futbolçu yoxdur. Hamı oyunlara tam hazırdır.
- Turnirdə hansı nəticəni əldə edəcəyinizi gözləyirsiniz?
- Komandamı turnirin qalibi görmək istərdim. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda, burada komandanı komplektləşdirməyə çalışacağıq. Bu səbəbdən bir çox dəyişikliklər etməyi düşünürük. Əsas məqsədimiz oktyabrda Portuqaliyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır.
- U-17-nin heyətinin müəyyənləşdirilməsi ilə bağlı seleksiya işləri nə vaxta qədər davam edəcək?
- Biz hələ ki seçim dövrünü başa vurmamışıq. Moldovaya gəlməzdən əvvəl Şağan və Sumqayıtda təlim məşq-toplanışı keçirdik. Orada 30 futbolçu arasında seçim edərək Kişinyova 18 nəfərlik heyət gətirdik. Azərbaycana qayıtdıqdan sonra da seleksiya işlərini davam etdirəcəyik. Bakıda bir neçə təlim-məşq toplanışı keçəcəyik. Ardınca avqust ayında «Palanqa» turnirində iştirak edəcəyik. Hələ konkret olaraq heç nə hazır deyil. Amma seçmə mərhələyə qədər komandanı tam şəkildə formalaşdıra biləcəyimizi düşünürəm.
Mənbə: AFFA-nın rəsmi saytı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi