Zeynal Məmmədov: «Birdən həmin futbolçu baş məşqçinin xoşuna gəlmədi, onda nə edəcəyik?!»

Zeynal Məmmədov: «Birdən həmin futbolçu baş məşqçinin xoşuna gəlmədi, onda nə edəcəyik?!»
XƏBƏR 7 İyun 2010 / 13:28 2756
-  A +

«Bakı»nın baş meneceri Zeynal Məmmədov dörd legioner futbolçu - Adriano, Venio, Gürşad Duymuş və Alan Vanqanın komandadan çıxarılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qol.Az-ın müxbiri ilə söhbətində Z.Məmmədov bildirib ki, sözügedən futbolçuların hamısının «Bakı» ilə müqaviləsi var: «Onların komandada qalıb-qalmaması yeni baş məşqçinin qərarından asılı olacaq».
Z.Məmmədov «Bakı»nın hələlik yeni futbolçularla danışıqlar aparmadığını da deyib: «Mən futbolçuyla razılığa gələ bilərəm. Amma birdən həmin futbolçu baş məşqçinin xoşuna gəlmədi, onda nə edəcəyik?!»


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner