Azərbaycan milli komandasının sabiq futbolçusu Samir Əliyev uzun müddətdir çıxış etdiyi “Neftçi” klubundan kənarlaşdırılıb. Bu haqda 31 yaşlı hücumçunun özü məlumat verib. Əliyevin sözlərinə görə, flaqmanın baş məşqçisi Arif Əsədov heyətdə gəncləşdirmə apardığını səbəb göstərərək, ona növbəti mövsümdə ehtiyac duymadığını bildirib. Nəticədə futbolçuya azad agent statusu verilib. Təcrübəli forvard rəhbərliyin qərarına hörmətlə yanaşdığını söyləyib: “Tez-tez aldığım zədələr “Neftçi”nin əsas heyət üzvünə çevrilməyimə imkan vermədi. Ona görə də komandadan kənarlaşdırıldım”.
Əliyev hələlik heç bir klubdan təklif almadığını da əlavə edib.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov da Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, Samir Əliyevə gələcək karyerasında uğurlar arzulayıb: “Samir təcrübəli futbolçudur. “Neftçi”də ehtiyatda qalmaqdansa, əsas heyətdə çıxış edə biləcəyi klubda oynasa, yaxşı olardı. Ona gələcək karyerasında uğurlar arzulayıram”.
Qeyd edək ki, Samir Əliyev 2009-2010-cu il mövsümü başa çatdıqdan sonra “Neftçi”dən uzaqlaşdırılan 10-cu futbolçudur. Bunadək flaqman 9 legionerlə yollarını ayırıb.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video