"Neftçi" PFK-nın vitse-prezidenti Tahir Süleymanovun müsahibəsi
- Məlum olduğu kimi, "Neftçi"nin seleksiyaçı-məşqçisi Bəxtiyar Musayevlə birgə Braziliyadan səfərdən qayıtmısınız. A və B seriyasının oyunlarını izləyib, "Neftçi" üçün futbolçu seleksiyası ilə məşğul idiniz. Səfərin nəticələrini necə qiymətləndirirsiniz?
- Klubumuzun prezidenti Sadıq Sadıqovun tapşırığı əsasında Braziliyaya etdiyimiz səfər səmərəli oldu. Səfər zamanı futbolçuları izləmək, onların menecerləri ilə danışıqlar aparmaqla yanaşı, Braziliyada klub futbolunun strukturuna, inkişaf istiqamətlərinə də diqqət yetirdik. Bildiyiniz kimi, Braziliya dünyanın ən güclü futbol ölkələrindən biridir. Bu ölkədə "Santos", "San-Paulo", "Korintians" və digər dünya səviyyəli klublar mövcuddur və onların hər birinin müstəqil inkişaf strategiyaları var. Eyni zamanda, Braziliyanın çox tanınmış menecer təşkilatları ilə əlaqə qurduq. Belə təşkilatların A və B seriyasında forma geyinən əksər futbolçularla müqaviləsi var. Bu baxımdan həmin qurumlarla birbaşa əlaqəyə girmək çox vacib idi. Onlarla təmasa girdikdən sonra Braziliyada bir sıra oyunları izlədik.
- Konkret hansı mövqelərə futbolçu axtarırdınız?
- Braziliyaya getməmişdən öncə klub prezidenti, həmçinin baş məşqçinin iştirakı ilə keçirilən iclasda hansı mövqeyə oyunçu lazım olduğunu müəyyənləşdirmişdik. Buna görə də çempionatın sonunu gözləmədən Braziliyaya səfər etdik. Çempionatın son oyununda komandamızın start heyətində yer alan futbolçuların hamısı azərbaycanlı idi. Premyer Liqa yekunlaşdıqdan sonra müqaviləsinin müddəti başa çatan legionerlərin əksəriyyəti ilə yolları ayırdıq. Artıq "Neftçi" yeni mərhələyə qədəm qoyub. Xüsusi vurğulamaq istəyirəm ki, lazımi mövqelərə oyunçular axtarmaqla bərabər, flaqman rəhbərliyi komandada yerli gənc futbolçuların çox olmasına çalışır. Hazırda əsas milli komandada, U-21-də, U-19-da, U-17-də "Neftçi"nin yetirmələri çıxış edir. Biz səviyyəli legionerlərlə yerli futbolçuların vəhdətini yaradıb, növbəti mövsüm üçün "Neftçi"nin layiqli komandasını formalaşdırmaq niyyətindəyik.
- Braziliyada oyununu izlədiyiniz futbolçular arasında bəyəndiyiniz oldumu?
- Orada bizə təklif olunan futbolçuların oyununa baxdıq. Bəxtiyar Musayev futbolçuları izləyib, rəy verdikdən sonra mütəmadi olaraq, klub prezidenti və baş məşqçiyə məlumat verilirdi. Bundan sonra isə danışıqlara start verirdik. Etiraf etmək lazımdır ki, yüksək səviyyəli legionerləri Azərbaycana gətirmək heç də asan məsələ deyil. Həm də son vaxtlar Braziliya futboluna böyük maliyyə axını olub. Təsadüfi deyil ki, Roberto Karlos, Robinyo, Adriano, Ronaldo kimi ulduz futbolçular öz vətənlərinə qayıdıblar. Onların geri qayıtmaları Braziliyada digər futbolçuların transfer qiymətlərinin kəskin artmasına səbəb olub. Buna görə də A və B seriyasında forma geyinən oyunçular nəinki Azərbaycana, hətta Avropanın futbol ölkələrinə gəlməyə tərəddüd edirlər. Eyni zamanda , Cənubi Amerikada yerləşən digər ölkələrin də çempionatlarını diqqət mərkəzində saxlayırdıq və həmin ölkələrdən komandamıza futbolçu transfer oluna bilər. Buna baxmayaraq, biz bir sıra görüşləri izlədik, 5-6 futbolçunun meneceri ilə ilkin danışıqları yekunlaşdıraraq, geri döndük. Hazırda baş məşqçi köməkçiləri ilə birgə son analizlər aparırlar. Baş məşqçi Arif Əsədov Avstriyada olub və Avropadan da legionerlərin transferi gündəmdədir.
- Həmin oyunçuların adlarını açıqlaya bilərsinizmi?
- Təbii ki, mətbuat işçiləri üçün bu adlar çox maraqlıdır. Lakin adətən klub və futbolçunun meneceri arasında aparılan belə danışıqların təfərrüatları açıqlanmır. Çünki həmin oyunçular bir deyil, bir neçə klubun da maraq dairəsində olur. Bu isə qiymətin qalxması və ya son anda transferin baş tutmaması ilə nəticələnir. İnanıram ki, KİV nümayəndələri bizi anlayışla qarşılaşayacaqlar. Sözügedən futbolçularla bağlı danışıqlar davam etdirilir. Ancaq bu o demək deyil ki, bəyəndiyimiz futbolçuların hamısını heyətə qatacağıq. Futbolçularla münasibətlərimizi rəsmiləşdirən kimi mətbuata məlumat veriləcək. Sonda bir daha vurğulamaq istəyirəm ki, Sadıq müəllimin rəhbərliyi ilə keçirilən toplantıda qərara almışıq ki, yerli futbolçulara daha çox üstünlük verək və legionerlərlə bağlı məsələdə kəmiyyətə yox, keyfiyyətə daha çox diqqət yetirək.
Mənbə: "Neftçi"nin rəsmi saytı
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı