"Neftçi"nin 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Rüfət Quliyev klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik
- Ötən həftə "Neftçi" komandası İtaliyada keçirilən "Ciociaria World Cup-4" turnirində iştirak etdi. Bu yarışda nəticələrini necə dəyərləndirirsiniz?
- Turnir çox yüksək səviyyədə təşkil olunmuşdu. Bildiyiniz kimi, yarışda 32 komanda 8 qrupda mübarizə aparırdı. Yarışa İngiltərə, Fransa, Seneqal, Paraqvay, Serbiya, Rumıniya, Portuqaliya, eləcə də İtaliyanın səviyyəli klubları qatılmışdı. "Neftçi"nin yer aldığı D qrupu ən güclülərdən biri idi. Reqlamentə əsasən, yalnız qrup qalibləri 1/4 finala vəsiqə qazanırdı ki, bu da mübarizəni gərginləşdirən amillərdən biri idi. Biz son iki yarışın qalibi "Partizan", həmçinin İtaliyanın "Bari" və "Arpino" komandaları ilə qarşılaşdıq. İlk turda "Partizan" üzərində qələbə qazanmaq şansımız böyük idi. Oyunun qurtarmasına bir dəqiqə qalmışa qədər, 1:0 hesabı ilə öndə idik. Özü də bir oyunçumuz meydandan qovulduğuna görə, son 13-14 dəqiqəni azlıqda keçirməli olduq. Lakin qələbəni axırıncı saniyələrdə əldən verdik. Qapımıza penalti təyin olundu və qarşılaşma 1:1 hesabı ilə başa çatdı. İkinci turda yerli "Arpino"nu sınağa çəkdik və rəqib qapısından 3 cavabsız top keçirdik. "Bari" ilə görüş də gərgin və maraqlı idman mübarizəsi şəraitində keçdi. Oyunun gedişində komandamızın üzvü Ruslan Tağızadə qırmızı vərəqə aldı. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq nümayiş etdirib, 1:0 hesablı qələbə qazandılar və 1/4 finala yüksəldilər.
- Bəs 1/4 finalda məğlubiyyətə əsas səbəb nə oldu?
- Yarımfinala vəsiqə qazana bilməməyimizi ilk növbədə yol yorğunluğu və üzləşdiyimiz texniki problemlə əlaqələndirərdim. Bakıdan İtaliyayaya gedərkən, təxminən 15 saat yolda olduq. Bundan sonra 3 gün ardıcıl oyuna çıxdıq. 1/4 finalda Paraqvayın "Asunsyon" klubuna qarşı matç bizim məskunlşadığımız Arpino şəhərindən 80 km aralıda keçirilirdi. Oyun günü hərəkət saat 10:00 olmalı idi, lakin qeyri-müəyyən səbəbdən avtobus saat 12:15-də gəldi. Yolda avtobus xarab oldu. Hətta bizi aparmağa başqa avtobus gəldi. Beləliklə, 80 km yolu 4 saata getdik. Üstəlik, 3 aparıcı futbolçumuz görüşdə iştirak etmirdi. Təbii ki, bütün bunlar oyunumuza mənfi təsir göstərdi. Eyni zamanda, "Asunsyon"un çox yaxşı təsir bağışladığını da qeyd etməliyəm. Ümumiyyətlə, bu klub güclü seleksiya işi ilə məşğuldur. "Asunsyon" Paraqvay və qonşu ölkələrdə istedadlı yeniyetmə futbolçuları toplayaraq, onları Avropadakı turnirlərə gətirir və oradan da transfer bazarına çıxarır. Oyuna gəlincə, birinci hissədə 0:2 hesabı ilə geri düşdük. Fasilədən sonra hesab arasındakı fərqi azaltdıq. Qarşılaşmanın sonlarına hesabı bərabərləşdirmək və oyunu penaltilər seriyasına daşımaq üçün irəli atıldıq. Lakin istəyimiz alınmadığına görə, qapımızda daha bir qol gördük.
- "Ciociaria World Cup-4" turniri "Neftçi"yə nə qazandırdı?
- "Kiçik dünya çempionatı" adlandırılan bu yarış bizə çox şey qazandırdı. Statistik hesablamalara əsasən, 32 komanda arasında 6-cı yeri tutduq. Fikrimcə, təcrübə qazanılması, inkişafın əldə olunması, futbolçuların püxtələşməsi baxımından "Ciociaria World Cup-4" turniri böyük əhəmiyyət daşıyırdı. Bu nüfuzlu yarışda komandamızın çıxışını təşkil etdiyi üçün "Neftçi" klubunun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
- Gələcək planlarınız nədən ibarətdir?
- AFFA-nın keçirdiyi "Azercell U-17 liqa"sında təxirə salınmış oyunlarımız qalıb. Yəqin ki, gələn həftədən etibarən həmin oyunları keçirməyə başlayacağıq. Hazırda "Neftçi" 3-cü pillədə qərarlaşıb. Açığı, çempionatdakı son qarşılaşmalara "Ciociaria World Cup-4" turnirə hazırlıq oyunları kimi yanaşdığımızdan, bir qədər geriləmişik. İnanıram ki, çempionatı ən azı gümüş medalla başa vuracağıq.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi
Toral oynadı, komandası qalib gəldi
Daha 1 il "Araz-Naxçıvan"da
DÇ-2026-nınn ən pis "111-liy"i - Neymar da var
Messi Argentina millisindən ayrılır
FİFA DÇ-2026-nın ən yaxşı hücumçularını açıqladı
“Araz-Naxçıvan”dan ayrıldı, vətəninə qayıtdı
“Qarabağ” SSKA ilə oyuna hazırlaşır - Şəkillər
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”