Millimizin Avstriya turnesi bu gün başa çatır. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız bu ölkədə 10 günlük təlim-məşq toplanışını Hondurasla yoldaşlıq görüşü ilə bitirəcək.
Buna qədər Moldova ilə heç-heçə edən (1:1), Makedoniyaya uduzan (1:3) komandamızı bu dəfə daha ciddi sınaq gözləyir. Ən azı ona görə ki, Honduras DÇ-2010-un iştirakçılarındandır. FİFA-nın reytinqində bu rəqibimiz 38-ci olduğu halda, Azərbaycan 109-dur. Ancaq bu, qüvvələr nisbətində böyük fərqin olmasına əsas verməməlidir. Hər halda, mundial iştirakçısı elə Avstriyada Belarus yığmasına yoldaşlıq görüşündə qalib gələ bilmədi (2:2), hətta məğlubiyyətdən güclə yaxa qurtardı.
Yığmamız 18 illik tarixində okeanın o tayından yalnız bir rəqiblə üzləşib. Bu, braziliyalı Karlos Alberto Torres millimizin baş məşqçisi olduğu dövrə təsadüf edib. Həmin vaxt, yəni 2005-ci ilin yanvarında komandanı Trinidad və Tobaqoya aparan Torres bu ölkənin yığması ilə ardıcıl iki yoldaşlıq görüşünə çıxardı.
Foqtsun son oyunda heyətdə dəyişiklər edəcəyi şübhə doğurmur. Hər halda, Avstriyaya aparılan heyətdə meydana çıxmayanlar var. Bunlar qapıçılar Fərhad Vəliyev, Səlahət Ağayev, müdafiəçilər Saşa Yunisoğlu, Ruslan Əmircanov, yarımmüdafiəçi Arif Daşdəmirov, hücumçular Vaqif Cavadovla Vüqar Nadirovdur. Bunlar nə Moldova, nə də Makedoniya ilə görüşdə oynayıb. Yığmamızın liderlərindən sayılan, uzun müddətdir zədədən əziyyət çəkən Cavadovun bu il yığmada ilk oyununu sabah keçirəcəyi gözlənilir.
Yeri gəlmişkən, Hondurasla oyunda millimiz tarixinin 166-cı oyununa çıxacaq. 18 illik tarixi ərzində cəmi 29 qələbə qazanan komandamız yubiley zəfərinin astanasındadır. 30-cu qalibiyyətini almağa çalışacaq futbolçularımız indiyədək 40 dəfə meydanı heç-heçə ilə tərk edib. 96 dəfə uduzan yığmamız top fərqi ilə də öyünə bilmir. Belə ki, tarixi ərzində 112 dəfə rəqib qapısına yol tapan millimiz 294 dəfə rəqiblərinin uğuruna üzülüb.
Hondurasla qarşılaşma bizim 88-ci yoxlama matçı kimi tarixə düşəcək. Qələbələrinin çoxunu bu görüşlərdə qazanan millimiz 23 belə uğuru bayram edib. 28 dəfə yoldaşlıq oyunundan elə yoldaşcasına heç-heçə ilə ayrılan komandamız 36 dəfə rəqibin gücünə şahid olub. Bu matçlardakı top fərqi də səviyyə fərqini göstərir – 81:120.
Qeyd edək ki, yenə Bakı vaxtilə saat 21:30-da start götürəcək yığmamızın oyunu ANS kanalı ilə canlı yayımlayacaq. Hondurasla görüş Sel-am-Zi şəhər stadionunda keçiriləcək.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi
Toral oynadı, komandası qalib gəldi
Daha 1 il "Araz-Naxçıvan"da
DÇ-2026-nınn ən pis "111-liy"i - Neymar da var
Messi Argentina millisindən ayrılır
FİFA DÇ-2026-nın ən yaxşı hücumçularını açıqladı
“Araz-Naxçıvan”dan ayrıldı, vətəninə qayıtdı
“Qarabağ” SSKA ilə oyuna hazırlaşır - Şəkillər
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”