Braziliya milli komandasının bir neçə futbolçusu dünya çempionatının rəsmi topundan şikayətlənib. Qol.Az-ın məlumatına görə, “Adidas” şirkətinin xüsusi olaraq mundial üçün buraxdığı “Jabulani” topunu hücumçu Luis Fabiano, yarımmüdafiəçi Julio Baptista və qapıçı Julio Sezar tənqid edib.
Topun uçuş zamanı trayektoriyasını dəyişməsi onların xoşuna gəlmir. Luis Fabiano deyib: “Hərdən mənə elə gəlir ki, topun uçuşunu kimsə idarə edir. Zaman-zaman top özünü elə aparır ki, ona zərbə vurulmasını istəmir. İdman mərmisinə mümkün qədər tez uyğunlaşacağıma ümidvaram”.
Əsas qapıçı Julio Sezar topu dəhşətli adlandırıb və onu supermarketlərdə satılan plastmas toplarla müqayisə edib. Julio Baptista isə topun həm meydan oyunçuları, həm də qapıçılar üçün çətinliklər yaratdığını vurğulayıb.
“Jabulani”dən İspaniya yığmasının qapıçısı İker Kasilyas, İtaliya millisinin hücumçusu Campaolo Patsini də narazılıq edib. Patsini bildirib ki, oyunçu başla oynamaq üçün tullananda top istiqamətini dəyişir və kənara uçur.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov