Makedoniya ilə oyunumuzu rəqibimizin skautları da izlədi

XƏBƏR 30 May 2010 / 14:46 2300
-  A +

Azərbaycan milli komandasının Makedoniya yığması ilə Avstriyadakı yoldaşlıq görüşünü tanınmış rusiyalı məşqçi Stanislav Çerçesovla yanaşı yığmamızla qarşıdakı seçmə tsikldə bir qrupda yer alan Belçika millisinin nümayəndəsi də izləyib. Qol.Az-ın məlumatına görə, rəqib yığmanın skautu futbolçularımızın meydanda nəyə qadir olduğuna şahidlik edərək, öz qeydlərini aparıb. Avstriyada futbolçu seçən “Neftçi” və “Olimpik-Şüvəlan” klubunun nümayəndələri də milli komandamıza dəstək verib. Konkret olaraq “Neftçi”nin baş məşqçisi Arif Əsədov maraqlandıqları makedoniyalı yığma futbolçularının oyununu izləyib.


Son xəbərlər
topaz banner