Makedoniya – Azərbaycan görüşü də avstriyalı hakimlərə tapşırıldı

XƏBƏR 29 May 2010 / 15:02 2035
-  A +

Bu gün keçiriləcək Azərbaycan – Makedoniya matçını idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Avstriyadakı təlim-məşq toplanışının Moldova ilə ilk oyununda olduğu kimi, yenə ədaləti yerli hakimlər qoruyacaq. Bişofshofen şəhərindəki qarşılaşmanı Ditmar Drabek idarə edəcək. Bu 45 yaşlı avstriyalı futbolçularımız üçün uğursuzluq rəmzlərindən sayılır. 13 ildir FİFA hakimi olan Drabek indiyədək iki dəfə Bakıya gəlib və hər iki halda qonaqların qələbəsinə şahidlik edib.
Qeyd edək ki, Drabekə həmyerlililəri Ştefan Kuhr, Klemens və Manuel Şuttenqruber yardım edəcəklər.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu