Milli komandamız bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirəcək. Qol.Az-ın məlumatına görə, ilk sınaq matçında Moldova yığması ilə 1:1 hesablı heç-heçə edən Berti Foqtsun yetirmələri bu dəfə Makedoniya ilə qüvvəsini sınayacaq.
Bu dəfə daha güclü rəqiblə görüşəcəyimizdən bizi ciddi sınaq gözləyir. Düzdür, FİFA-nın son reytinqində 61-ci olan makedoniyalıların lideri, əsas qol ümidi olan Qoran Pandev yığmamıza qarşı oynamayacaq. Rəqib komandanın baş məşqçisi Mirsad Yonuz İtaliya “İnter”inin heyətində Çempionlar Liqasının son qalibi olan 27 yaşlı hücumçunu çağırmağı lazım bilmədi. Ancaq bununla belə, Foqts futbolçularımızı zəif rəqiblə yoxlamayacaq. Moldova ilə oyunda qələbəni sonda əldən verən, yaxşı təsir bağışlamayan yığmamızın heyətində dəyişiklərin olacağı gözlənilir.
Milli komandamızın Makedoniyalı ilə keçirdiyi bütün oyunlar İqor Ponomaryovun baş məşqçiliyi dövrünə təsadüf edib. Ancaq 1 il ərzində keçirilən bu üç oyunun heç birində qalib gələ bilməmişik. İlk oyun Bolqarıstanın Varna şəhərində hazırlıq prosesi çərçivəsində yoldaşlıq, sonrakı ikisi isə rəsmi görüş olub. Makedoniyanın 21 yaşlılardan ibarət yığması ilə rəsmi oyunumuz isə futbol tariximizə düşüb. Belə ki, 21 yaşlılardan ibarət yığmamız səfərdə rəsmi oyunda ilk qələbəni (2:1) 10 il öncə Samir Əliyevin dublu sayəsində Makedoniyada qazanıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:30-da başlayan, “Xəzər TV”nin canlı yayımlayacağı Azərbaycan – Makedoniya oyunu Bişofshofen şəhərində keçiriləcək. Zalsburq şəhərindən 50 km aralıda yerləşən, 10 min əhaliyə malik bu kiçik şəhər dəniz səviyyəsindən 544 m yüksəklikdədir.
Azərbaycan və Makedoniya milli komandalarının indiyəqədərki görüşləri
2000-ci il
27 iyul. Varna. Yoldaşlıq görüşü. Makedoniya – Azərbaycan - 2:1
Qol: Ramiz Məmmədov
6 oktyabr. Skopye. DÇ-2002-nin seçmə mərhələ oyunu. Makedoniya – Azərbaycan - 3:0
2001-ci il
5 sentyabr. Bakı. DÇ-2002-nin seçmə mərhələ oyunu. Azərbaycan – Makedoniya - 1:1
Qol: Fərrux İsmayılov
Baş məşqçi: İqor Ponomaryov
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov