Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması 28 may Respublika gününü ölkə xaricində qeyd edib. Qol.Az-ın məlumatına görə, AFFA-nın təşəbbüsü ilə keçirilən tədbir dünən Sankt-Yohan şəhərində baş tutub. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov, millinin baş məşqçisi Berti Foqts, həmçinin məşqçilər və futbolçular, eləcə də "Neftçi"nin baş məşqçisi Arif Əsədov və klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu iştirak ediblər. Görüşdə Elxan Məmmədov Respublika günü münasibətilə təbriklərini bildirərək, futbolçulara hər zaman Azərbaycanın adını uca tutmağı arzulayıb. Bundan sonra "Neftçi" PFK-nın nümayəndələrinin baş məşqçi Berti Foqtsla görüşü olub. Alman mütəxəssis "Neftçi"nin son oyunlarında yerli futbolçulara daha çox şans verilməsini yüksək qiymətləndirərək, bunun Azərbaycan futbolunun və milli komandanın inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edək ki, bu gün milli komandamız Avstriyada Makedoniya yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:30-da başlayacaq oyuna "Neftçi"nin 5 futbolçusu dəvət olunub.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov