"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırdı

"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırdı
XƏBƏR 28 May 2010 / 14:30 2210
-  A +

"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb. Qol. Az-ın məlumatına görə, ingiltərəli yeni baş məşqçi Toni Adamsın ixtiyarında görmək istəmədiyi növbəti futbolçu da legionerdi. O, yarımmüdafiəçi Anatoli Ostapın heyətdən uzaqlaşdırılmasına qərar verib. 31 yaşlı pleymeykerin xidmətində maraqlı olmayan ingiltərəli mütəxəssis onunla müqavilənin müddətinin uzadılmasını istəməyib.
Qeyd edək ki, Moldova yığmasının sabiq üzvü Adamsın "Qəbələ"nin baş məşqçisi postuna gəlməsindən sonra heyətdən uzaqlaşdırılan 3-cü əcnəbi olub. İngiltərəli mütəxəssis əvvəlcə Tomaş Stolpa və İqor Melniki sərəncamında görmək istəməmişdi. Daha bir futbolçu Vurğun Hüseynov isə müqaviləsi başa çatdığından azad agent kimi “Xəzər Lənkəran”a keçib.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu