Unibank Premyer Liqasının yeni mövsümünün püşkünün atılacağı tarix müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. Onun sözlərinə görə, Unibank Premyer Liqasında yeni mövsümün püşkatma mərasimini iyunun 10-12-də keçirməyi planlaşdırıblar. Halbuki indiyə kimi milli çempionatımızın püşkü adətən iyulda atılıb. Ancaq bu dəfə həmin tədbiri daha tez keçirməkdə məqsəd klubların artıq iki ay öncədən təqvimlə tanış olmalarına, hazırlığını buna uyğun qurmalarına, hansı rəqiblərlə nə vaxt görüşəcəklərini tez bilmələrinə imkan yaratmaqdan ibarətdir. Növbəti çempionatın avqustun ilk günlərində startı verilməsi nəzərdə tutulub. Tarix püşkatmadan sonra tam dəqiqləşəcək. Milli komandamız avqustun 11-də Küveyt yığması ilə Bakıda yoldaşlıq görüşü keçirəcək. Bundan təxminən bir ay sonra isə AÇ-2012-nin seçmə mərhələ oyunlarının startı veriləcək. Əsasən yığma futbolçularının həmin vaxta kimi oyun praktikası qazanması üçün yeni çempionat tez başlanacaq.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı