İtaliyada təşkil olunan “Ciociaria World Cup-4” turnirində iştirak edən “Neftçi” qrupda sonuncu, eyni zamanda həlledici oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeniyetmə futbolçularımız “Bari”ni məğlubiyyətə uğradıb – 1:0. Yeganə qolu italyanların qapısından oyunun ilk hissəsində Tural Adıgözəlov keçirib.
Məumatda deyilir ki, “Bari”nin çətin duruma düşdüyünü görən yerli hakim komandamızın futbolçusu Ruslan Tağızadəyə qırmızı vərəqə göstərib. Bununla belə, “Neftçi” azlıqda qalmasına baxmayaraq, qələbə hesabını sonadək qoruyub saxlaya bilib. Yeniyetmələrimiz qalib gəldiyi üçün qrupun digər oyununda “Partizan”ın “Arpino”nu məğlub etməsinin heç bir əhəmiyyəti olmayıb. Bununla da, “Neftçi” son iki turnirin qalibi “Partizan”ı və çempionatın favoritlərindən olan “Bari”ni geridə qoyaraq, 1/4 finala vəsiqə qazanıb. “Kiçik dünya çempionatı”nın 32 komandası arasında 8 ən güclüdən biri olan Rüfət Quliyevin komandası 1/4 finalda oyununu sabah keçirəcək.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı