“İlk növbədə rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Məğlubiyyətimizə gəlincə, bunun müxtəlif səbəbləri var. Əslində, bizim üçün bu günkü oyunda nəticə elə də önəmli deyildi”. Qol.Az-ın məlumatına görə, bu sözləri Moldovanın gənclərdən ibarət yığması ilə oyunda 2:4 hesabıyla məğlub olan U-21-in baş məşqçisi Bernard Lippert deyib.
Kişinyovdakı qarşılaşmadan sonra almaniyalı mütəxəssis Qol.Az-ın Moldovaya ezam olunmuş müxbirinə açıqlamasında məğlubiyyətin səbəblərini belə izah edib: “Bizim 9 oyunçumuz əsas millinin düşərgəsindəydi. Şübhəsiz ki, Araz Abdullayev, Eşqin Quliyev kimi aparıcı oyunçularımızın yoxluğu öz sözünü dedi. Komandamın ilk hissədəki oyunundan daha çox narazı qaldım. Çünki istədiyimiz oyunu qətiyyən nümayiş etdirə bilmədilər. Əksinə kobud səhvlərə yol verərək 3 qol buraxdılar. İkinci hissədə isə daha yaxşı oynadıq. Hətta qələbə də qazana bilərdik. Ancaq təəssüf ki, ələ düşən imkanları dəyərləndirməyincə, son saniyələrdə daha bir qol buraxdıq. Hər halda əsas məqsədimiz bütün oyunçuları iş başında görmək, onları yoxlamaq idi ki, bu istəyimizə də çatdıq”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı