Millimizin Moldova yığması ilə Avstriyada keçirdiyi yoxlama oyunu bəzi futbolçularımız üçün əlamətdar olub. Bu mənada daha çox Vurğun Hüseynovu fərqləndirmək lazımdı. Qol.Az-ın məlumatına görə, Zeekirhendəki matç bu futbolçunun debütü ilə əlamətdar olub. “Xəzər Lənkəran”ın yeni transferi olan gənc müdafiəçi matçın gedişində Vladimir Levini əvəzləməklə karyerasında ilk dəfə milli formasında oyuna çıxıb. Bununla da ilk rəsmi matçını 1992-ci ildə keçirən yığmanın 18 illik tarixində şərəfini qorumuş futbolçuların ümumi sayı 163-ə çatıb.
Moldova yığması ilə oyun Elvin Məmmədov üçün də əlamətdar olub. 22 yaşlı yarımmüdafiəçi bu oyunda hesabı açmaqla millidə vurduğu qolların sayını 5-ə çatdırıb. O, yığmamızın buna nail olan, yəni ən azı 5 dəfə fərqlənən 9-cu oyunçusu olub. Eyni sayda qola imza atan digər 5 futbolçu ilə müqayisədə az oyun keçirən Elvin bombardirlər siyahısında 4-cü pilləyə yüksəlib. Məmmədov çıxış etdiyi “Qarabağ” klubundakı baş məşqçisi Qurban Qurbanovun başçılıq etdiyi siyahıda Branimir Subaşiç və Zaur Tağızadədən artıq 1 qol geri qalır.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı