"Bakl" da Ermənistan klubu ilə qarşılaşa bilər

XƏBƏR 26 May 2010 / 18:00 2197
-  A +

Futbol çempionatlarının başa çatması ilə Azərbaycan klublarının Avropa kuboklarında potensial rəqibləri müəyyənləşib. Qol.Az -ın məlumatına görə, turnirin ikinci təsnifat mərhələsində ölkəmizi təmsil edəcək Azərbaycan kubokunun sahibi “Bakı” klubunun qarşılaşacağı rəqib aşağıdakı komandalardan biri olacaq:
“Suduva”, “Şlyaulyay” (hər ikisi-Litva), “Sportinq”, “Şamrok” (hər ikisi-İrlandiya), “Vaduts” (Lixtenşteyn), “Qoritsa” (Sloveniya), “Boraç” (Bosniya və Herseqovina), “Yelqava” (Latviya), “Sant-Xulia” (Andorra), “Breoablik” (İslandiya), “Banqor Siti” (Uels), “Atırau” (Qazaxıstan), “Şilame” (Estoniya), “Mika” (Ermənistan), “Besa” (Albaniya), “Valletta” (Malta), “Buduçnost” (Çernoqoriya), “Vikinqur” (Farer adaları), “Kliftonvill” (Şimali İrlandiya), “Tre Fiori” (San-Marino), Moldova, Macarıstan, Lüksemburq, Gürcüstan təmsilçiləri və ilk təsnifat mərhələsinin 15 qalib komandası.
Qeyd edək ki, Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunları iyulun 15-i və 23-də keçiriləcək.

Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu