Lənkəranlı həmkarım Höccət Hacıyevin “Xəzər Lənkəran” ümidlərimizi doğrultmadı” başlıqlı müsahibəsini diqqətlə oxudum. Həmkarım ona görə deyirəm ki, biz eyni məzhəbə qulluq eliyirik.
Xətrini istədiyim bir qələm sahibi lənkəranlı həmkarımın müsahibəsini göstərdi və bildirdi ki, artıq stadion direktorları da təhlillə məşğul olurlar və sən də Azərbaycanda analoqu olmayan bir bazanın 2 təbii və 1 süni meydanının direktorusan, öz fikrini bildirməsən yaxşı alınmaz.
Mən də çox fikirləşəndan sonra razılıq verdim.
Höccət müəllimin müsahibəsindən belə başa düşdüm ki, “Xəzər Lənkəran”ın qızıl medal qazana bilməməsinin səbəbkarı hakimlər imiş. Təvazökarlıq etməyin, Höccət müəllim, finala necə çıxdığınızı yada salın, kifayət edər. Beyrəyin, Dədə Qorqudun fəxri, Azərbaycanımızın gözü “Qarabağ”ı Vüsal Əliyevin əli ilə Lənkəran stadionunda nə günə saldığınızı bir daha gözünüzün önünə gətirin. Rəhmətlik Dədə bu rüsvayçılığın şahidi olsaydı, Yalıncığın Vüsalın yanında üşaq olduğunu görərdi və onu dərhal Vüsalın master-klasslarına yazdırardı.
Ya da ki, topu Kamranın başının üstündən atdı deyirsiniz. Ay qardaş, top Kamranın qabağında yerə dəyib, qapıya girib. Top birbaşa qapıya getməyib ki. Əgər desəz ki, yox birbaşa gedib, bunu video qoyub sübut eliyə bilsəz, o zaman mən şəxsən təmənnasız olaraq sizin stadionun bütün yoncalarını yolmağa hazıram.
Stadion dedim bir hadisə yadıma düşdü, imkan varkən onu da soruşum:
- Gör götür dünyasıdır deyirlər, bilmək istəyərdim ki, Höccət müəllim, işinizi necə peşəkarcasına qurmusunuzsa, bir ildə 3 dəfə təbii meydan dəyişirsiniz? Bunu necə bacarmısıznız? Yollarını bizə də göstərin.
Bir də ki, Dədə Qorqud ərazini daşlardan təmizlədəndə heç ağlına da gəlməzdi ki, dünyada analoqu görünməyən “mütəxəssislər” Lənkəran torpağında peyda olacaqlar. Meydana qulluq edən agregata benzin əvəzinə dizel tökməyiniz və üzü astarından baha gələn təmirə eytiyac yaranmasını da xüsusi istedad qrafasına yazaq.
Cənab direktor, futbol biliklərinizi nümayiş etdirmək fikrinə düşürsünüz. “Xəzər Lənkəran”ın qənimi kimi tanınan “Bakı”nın qələbəsini həzm edə bilmirsiniz, ürəyiniz ağrıyır, bunu başa düşdüm. Ancaq stadion direktorunun belə həssas aşıqlamalar verməsinə Moşu demişkən, bizim kənddə bir az pis baxırlar.
Höccət Hacıyevin Dədə Qorquddan numünə gətirməsi məni valeh etdi. Mən də öz növbəmdə ona dünyaca məşhur “Cəsur ürək” (Mel Gibson oynayır, 1. mel – meydana xətt çəkdiyimiz meldən deyil 2. Oynayır deyəndə bir az düz çıxmır, ifa edir) filmini izləməyə tövsiyə edirəm. Əvvəlinə baxmasan da olar, axır 3 dəqiqəsi kifayətdir.
“Dünyada heç kimə pislik arzulamıram. Ancaq, Allah eləməsin (sizdən iraq), öləndə də kişi kimi ölün”.
Ədalət ƏLİYEV, “Bakı” futbol klubunun stadionunun direktoru
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı