“İnter”lə ölkə çempionu adını qazanan Robertas Poşkus Ukraynada darmadağınla üzləşib. Qol.Az-ın məlumatına görə, litvalı hücumçu ölkəsinin yığmasıyla birgə Ukrayna millisi ilə Xarkov şəhərində keçirilən yoldaşlıq görüşündə 0:4 hesablı məğlubiyyət alıb. Əsas heyətə daxil edilməyən Poşkus 58-ci dəqiqədən etibarən mübarizə aparmaq şansı qazanıb. Lakin o, meydana daxil olan zaman komandası hesabda 0:2 geridə imiş. Həmin vaxt litvalıları cəzalandıran isə azərbaycanlı futbolçu Aleksandr Əliyev olub. Belə ki, Moskvanın “Lokomotiv” klubunda çıxış edən soydaşımıza dubl etmək üçün 6 dəqiqə (11 və 17-ci dəqiqələr) bəs edib. Əliyev 35-ci dəqiqədə sarı vərəqə alması ilə də yadda qalıb. Robertas meydana çıxandan sonra Ukrayna yığmasının lideri Andrey Şevçenko öz sözünü deyib. Bir vaxtlar Avropanın ən yaxşı futbolçusu seçilən təcrübəli hücumçu 10 dəqiqəyə dubl edib.
Qeyd edək ki, Litva yığmasının baş məşqçisi Raymondas Jutautas bu görüşə Bakının “Neftçi” klubunun qapıçısı Paulius Qribauskası da çağırıb. Ancaq hər hissədə bir qapıçıya şans verən gənc çalışdırıcı Premyer Liqamızın iştirakçısını sona kimi ehtiyatda saxlayıb.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...