Ötən mövsüm “Qarabağ”ın başarılı oyunçularından olan Rəşad Sadiqovla Əfran İsmayılovun son turlarda zədələnərək sıradan çıxdığı məlumdu. Qol.Az-ın Ağdam klubunun rəsmi internet saytına istinadən məlumatına görə, artıq hər 2 futbolçunun durumu qənaətbəxşdir. Bərpa prosesi sürətlə gedən gənc futbolçuların iyunun 5-də start götürəcək yeni mövsümün hazırlıqlarına qoşula biləcəyi gözlənilir. Hər iki oyunçu hazırkı durumu haqda açıqlama da verib.
Rəşad Sadiqov: “Dizimin zədələnməsi ilə yanaşı iliyə su da yığılmışdı. Artıq bu həftə zədənin 6 həftəsi tamam olacaq. Elə millinin alman həkimi də demişdi ki, bu elə bir zədədir ki, minimum 6 həftə suyun çəkilməsini gözləmək lazımdır. Artıq yüngül hərəkətlər edirəm. Arada qaçıram. Düzdü, müəyyən ağrılar var. Amma tibbi personalın dediyinə görə hələ müəyyən ağrılar olacaq. Həftəsonu Maqnit-Rezonans (MR) müayinəsindən keçəcəm. Ondan sonra zədəmlə bağlı son durum bəlli olacaq. İnşallah, iyunun 5-də komandayla birgə hazırlıqlara başlayacağam”.
Əfran İsmayılov: “Artıq rahat yeriyə bilirəm. Trenajorda çalışıram, müəyyənləşmiş sistemlə hovuzda üzürəm. Ağrılarım azalıb. Hazırlıqların başlanmasına qədər tam hazır olacağımı düşünürəm. Hələlik, bir 10 gün vaxtım var. Bu müddətdən maksimum yararlanmağa çalışacağam ki, komandanın yeni mövsüm çalışmalarına qədər hazır olum”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...