"Komandamın gücünə bələd olduğumdan kuboku qazanacağımıza əmin idim. Çox maraqlı oyun alındı. Futbolçularımız qələbəyə layiq olduqlarını göstərdilər. Hamısını təbrik edirəm”. Azərbaycan kubokunun final oyununda "Xəzər Lənkəran"a 2:1 hesabı ilə qalib gələn “Bakı”nın prezidenti Hafiz Məmmədov belə deyib.
Klub rəhbəri ilk qol haqda danışıb: “İnanın ki, bu qolu tam görmədim. Ancaq ikinci qol onu tamamladı. Özü də gözəl oldu”. H.Məmmədov söz-söhbətlərə son qoyduqlarını söyləyib: “Biz hər zaman futbolumuz naminə çalışırıq və həmişə təmiz mübarizənin tərəfdarı olmuşuq. Həm çempionatın son, həm də kubokun final oyunundan əvvəl çox söz-söhbətlər gəzirdi. Bu gün bir daha sübut etdik ki, bütün bunlar yersizdir və biz həmişə təmiz mübarizə aparmışıq. Bu gün həm “Bakı”, həm də “Xəzər Lənkəran” baxımlı oyun göstərdi”.
Klub prezidenti məşqçi Cüneyt Biçərin ünvanına xoş fikirlər səsləndirib: “Gördünüzmü, Cüneyt Biçərin fəaliyyətini?! Gənc mütəxəssis, 35 yaşı olmasına baxmayaraq, belə uğur qazanmaqla futbolumuzun tarixinə düşdü. Cüneyt bəyə təşəkkür edirəm”.
H.Məmmədov “Bakı”nın Avropa Liqasında ölkəmizi layiqincə təmsil etməsi üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Bununla bağlı klubun fəxri prezidenti Anar Məmmədovla məsləhətləşəcəyik. Avrokuboklara ciddi hazırlıq olacaq. Büdcə artırılacaq, komandamızın gücləndirilməsi üçün yeni futbolçular transfer ediləcək. Azərbaycan futbolunun reytinqini yüksək səviyyəyə qaldırmağa çalışacağıq” (supersport.az).
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində