Final oyunu ərəfəsində “Bakı Futbol Klubunun prezidenti Hafiz Məmmədov və fəxri prezidenti Anar Məmmədov klub bazasında futbolçularla görüşüblər. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, görüşdən sonra Anar Məmmədov “Bakı” futbol klubunun rəsmi internet saytına müsahibə verib.
- Anar müəllim, mövsümü “Bakı” Futbol Klubu üçün uğurlu saymaq olarmı?
- Mən mövsümü çox uğurlu sayıram. Bu adi sözlər deyil. Təcrübədə də gördük ki, “Bakı” Unibank Premyer Liqasını gümüş medallarla başa vurdu. Bu, uğurlu nəticədir.
- Hətta sabahkı oyunun nəticəsindən asılı olmayaraq?
- Bəli, sabah keçiriləcək kubokun final oyununun nəticəsindən asılı olmayaraq.
- “Bakı” klubu bu gün 5 futbolçu ilə müqaviləni uzatdı. Stevan Bateslə də razılıq əldə olunub. Bəs transfer çalışmaları nə yerdədir. Konkret siyahı varmı?
- Konkret siyahımız yoxdu. Amma elə düşünməyin ki, əlimizi yanımıza salacağıq. Əksinə növbəti mövsümdə daha yaxşı çıxış etmək, ən əsası Azərbaycanı Avroliqada uğurla təmsil etmək üçün “Bakı”ya xeyir vermək iqtidarında olan səviyyəli futbolçuları transfer etmək niyyətindəyik.
- Yeri gəlmişkən, bu il komandanın qarşısında Avroliqada hansı vəzifələr qoyulub?
“Bakı” həmişə iddialı klub olub. İstər ölkədə, istərsə də, Azərbaycandan kənarda. İstəyirik ki, builki çıxışımız ötənilki ilə müqayisədə daha yaddaqalan olsun. Klub rəhbərliyi, futbolçular, hamımız əliizdən gələni edəcəyik ki, bunun öhdəsindən gələ bilək.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində