Azərbaycan kubokunun final oyunu öncəsi “Bakı” klubunun prezidenti Hafiz Məmmədov və fəxri-prezident Anar Məmmədov, futbolçularla görüşüblər. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, görüşdə məşqçi, futbolçu və texniki heyətlə yanaşı idarə heyətinin üzvləri - vitse-prezidentlər Zeynal Məmmədov, Tunc Afşar və Yaşar Seyidov da iştirak ediblər. İlk olaraq söz alan Hafiz Məmmədov ölkə çempionatının son turunda səfərdə “Xəzər Lənkəran” üzərində qazanılan qələbədən böyük məmnunluq duyduğunu bildirib: "Komandamız əsl xarakter nümayiş etdirdi. Çempionluğun taleyini həll edən bir oyunda "Bakı"nın göstərdiyi oyun alqışlara layiq görüldü, hamınıza təşəkkür edirəm, Azərbaycan futbolunun imici adına irəli bir addım atdıq. Siz sübut etdiniz ki, milli çempionatımız ədalətli oyun və təmiz rəqabət baxımından dünyanın heç bir liqasından geri qalmır". Sabahkı final matçında da komandadan qələbə gözlədiyini bildirən H.Məmmədov futbolçulara uğurlar arzulayıb.
Son turda qazanılan pricsipial qələbə münasibətilə komanda üzvlərini təbrik edən fəxri-prezident Anar Məmmədov bu qələbənin böyük əhəmiyyət daşıdığını bildirib. Anar Məmmədov sabahkı oyunda da “Bakı”nın uğuruna inandığını qeyd edib. Futbolçuların hamısı klub rəhbərliyinə göstərdikləri etimada görə təşəkkürlərini bildirərək, onlara yaradılan yüksək səviyyəli şəraitin qarşılığı olaraq Azərbaycan kubokunu da ikinsi dəfə “Bakı” futbol klubunun muzeyinə gətirəcəklərinə söz verdilər
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində