“Mən “Xəzər Lənkəran”la müqaviləmi uzatsam da, komandanı istədiyim vaxt tərk edə bilərəm. Klubla belə bir razılığımız olub. Sadəcə, indi ailə vəziyyətimlə əlaqədar heç yerə gedə bilmirəm”. Bu fikirləri “Xəzər Lənkəran” futbol klubu ilə müqaviləsini 2012-ci ilin mayınadək yeniləyən Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.
Ağayev bir sıra xarici klublardan təklif aldığını etiraf etsə də, atasını tək qoyub gedə bilmədiyini bildirib. 2008-ci ilin noyabrında anasını itirən gənc qapıçı atasına mənəvi dəstək olmaq üçün hələlik Azərbaycanda oynamağa üstünlük verir. O, ölkəmizdə çıxış etdiyi müddətdə 25 yaşınadək “Xəzər Lənkəran”da qalacağını açıqlayıb: “Mən Xəzər Lənkəran”da 25 nömrəli formada çıxış edirəm. Bu nömrəni 25 yaşımadək Lənkəran komandasında qalmaq istədiyim üçün seçmişəm. Hazırda 23 yaşım var. Ona görə də klubumla müqaviləmi daha 2 il uzatmışam”.
Mənbə: lent.az
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində