Millimiz Belarusa yenə uduzdu

XƏBƏR 22 May 2010 / 12:27 1937
-  A +

Qadınlardan ibarət Azərbaycan milli komandası dünən Minsk şəhərində Belarus yığması ilə yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 2:1 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb. Millimizin heyətində Sədaqət Vəliyeva fərqlənib.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda da belaruslar qalib gəlmişdilər - 6:0.


Son xəbərlər
topaz banner