“Neftçi”də son oyunlarda əsas heyətdə oynadığıma görə, hiss edirdim ki, əsas komandamıza dəvət alacam. Yəni baş məşqçinin dəvəti mənim üçün tam gözlənilən oldu. Oyunlarda da özümü yaxşı tərəfdən göstərməyə çalışırdım ki, həm “Neftçi”yə faydalı olum, həm də millinin çalışdırıcılarının diqqət mərkəzində olum”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin və yığmamızın müdafiəçisi Ruslan Əmircanov söyləyib.
Gənc futbolçu yenidən millinin sıralarına cəlb olunmasını özü üçün müsbət addım hesab edir: “Təbii ki, millinin düşərgəsinə çağırıldığıma görə, çox sevincliyəm. Çünki yığmamızın şərəfini qorumaq hər bir futbolçu üçün böyük əhəmiyyət daşıyır. Özümü millinin oyunlarına, komandamıza uğurlar qazandırmağa tam hazır hiss edirəm. Həm bu hazırlıq prosesində, həm də qarşıdakı yoxlama oyunları üçün əsas məqsədim özümü yaxşı tərəfdən göstərib, əsas heyətdəki yerimi möhkəmləndirməkdi. İstəyirəm ki, milliyə daim çağırılım”.
Əsasən sağ cinah müdafiəçisi olan Ruslan Foqtsla bu barədə heç bir söhbət etmədiyini, baş məşqçi harda desə, orda da oynamağa hazır olduğunu deyir: “Dünənki məşqdə sol cinahda yoxladı. Çünki mən “Neftçi”nin də heyətində son dövrlər məhz bu cinahda oynamağa başlamışam. Bildiyimə görə, elə Foqts da məni məhz sol cinahdakı çatışmazlıqları aradan qaldırmaq üçün dəvət edib. Hər halda “Neftçi”nin “İnter”lə oyunundakı uğurlu çıxışımdan sonra özü mənə belə dedi. İndi də o hansı cinahda desə, orda da oynamağa hazıram. Təki milliyə faydam dəysin. Mənimçün hansı cinahda çıxış etməyimin elə də ciddi fərqi yoxdu”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat