“Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Sabah sonuncu məşqimizdi. İnşallah ayın 23-də yola düşəcəyik. Üç yoxlama oyunumuz var. İstəyirik həmin oyunlarda qələbə qazanaq. Çünki seçmə mərhələ oyunları ərəfəsində bu qələbələr bizə çox şey verə bilər”. Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin və Rusiya “Anji”sinin şərəfini qoruyan Mahir Şükürov deyib.
Bu gün millinin açıq məşqi zamanı jurnalistərin suallarını cavablandıran futbolçu “Anji”dəki durumundan da danışıb: “Şükür Allaha, “Anji”dəki işlərim də qaydasında gedir. Son oyunda da komandanın heyətindəydim, forma geymək imkanı qazanmışam. Oyun təcrübəsi baxımından heç bir problemim yoxdu. Hər şey qaydasındadı. Avstriyada keçirəcəyimiz oyunlar zamanı “Anji” nümayəndələrinin də iştirakı gözlənilir. Çox güman ki, oyunumu izləməyə gələcəklər. Çünki bizim klub da Avstriyada təlim-məşq toplanışında olacaq”.
Bəs görəsən, Mahir qarşıdakı görüşlərdən hansında qələbəni daha vacib hesab edir: “Avstriyadakı hər üç oyunda qələbə qazanmaq istəyirik. Bu qələbələr bizim üçün vacib əhəmiyyət kəsb edəcək. Çünki üçü də yaxşı, güclü rəqibdi. Makedoniyaya qarşı oynamamışıq. Hondurasla da həmçinin. Onlarla ilk dəfə qarşılaçacağıq deyə, mütləq qələbə qazanmaq istəyirik. Moldovaya gəlincə isə, bu rəqiblə bir neçə dəfə üz-üzə gəlmişik. Udmuşuq da, uduzmuşuq da, hətta heç-heçə də olub. Növbəti oyunda da yenə qələbə qazanmağa çalışacağıq. Bilirik ki, hər kəs bizdən çox şey gözləyir. Biz də öz oyunumuzla, qələbələrimizlə, bu etimadı doğrultmağa çalışacağıq”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat