Rəsmi açıqlanmayan, amma futbol menecerlərinin də təsdiq etdiyinə görə, Roberto Bordinin rəhbərlik etdiyi məşqçilər heyəti başda olmaqla, "Neftçi"nin bu yay təkcə əcnəbi transferlər üçün bağladığı illik müqavilələrə ayırdığı pulun məbləği milyonlarla manatla ölçülür.
O milyonu alanların, o milyondan faiz götürənlərin Azərbaycan futboluna verdiyi dırnaqarası “xeyiri” bu oldu ki, dünən “Neftçi” Macarıstanda “Uypeşt”dən 4 cavabsız qol buraxıb, Avroliqanı elə birinci mərhələdəcə tərk etdi.
Kamran Quliyev, kiçik qələbələrin sizdə yaratdığı eyforiya, başgicəllənməsi keçdisə, özünüzə gəlməyin zamanıdı artıq. Ən azı, çönüb yaxın keçmişi görməyiniz üçün.
Bəs, geriyə baxanda nə görünür?
Əvvəl Tərlan Əhmədov görünür. Onun mövsümün əvvəli “Neftçi”ni 1 xalla qəbul edib, mövsümün sonu da 46 xalla təhvil verməsi, “Neftçi”ni öz zəhməti, bacarığı sayəsində Avropa Liqasına çıxarması, müqaviləsi yenilənməli olduğu halda klubdan bihörmət şəkildə göndərilməsi görünür.
Sonra isə AFFA və SOCAR-da oturanların bir insana, bir futbol adamına, bir məşqçiyə qarşı edilən bu haqsızlığı susqunluqla, ya da məmnunluqla seyr etməsi keçir göz önündən.
Sonra?.. Sonra gözünü açıb Bordini görürsən. Bəs, Bordin kimdi? Məşqçi kimi titulu kirli oyunlarla da tanınan futbol ölkəsi olmayan Moldova çempionatının qalibi. Amma Tərlanı çıxarıb, yerinə onu qoyurlar. Bu vaxt başqa bir yerli məşqçi, gənc və potensialı yüksək olan Samir Abasov isə kənddə palıd ağacının altında oturub bizimkilərdən iş təklifi gözləyir.
Amma işi də, çörəyi də əcnəbiyə verirlər. O gələn məşqçi də deyir ki, mən transferə qarışmıram. Məşqçi transferə qarışmırsa, komandada söz sahibi deyilsə, əlbəttə, deməli, orda sadəcə, marionetka, yəni bir teatr kuklasıdı. Dünən o da 0:4-ün iştirakçısı, səbəbkarı idi. Amma tək səbəbkar odumu? Bəs, pərdə arxasındakılar? Bu lazımsız (Dabo xaric), biri beşinə, beşi də birinə dəyməyən futbolçuları ölkənin ən köklü klubuna gətirənlər?
Onlar da səbəbkar və günahkardı. Amma onlara cəzanı əlbəttə, SOCAR-dakılarla AFFA-dakılar vermir. Vermələri də bundan sonra nəyisə dəyişməyəcək. Bir də ki, daha ağır cəza – İlahi cəzanı artıq dünən alan aldı...
Kiminsə haqqına girməyin bir bədəli olur.
Geci-tezi var.
Aydın BAĞIROV
[email protected]
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq