“Qəbələ”nin yeni baş məşqçisi Toni Adams ölkəsinə yollanıb. Bölgə klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az-a verdiyi məlumata görə, Azərbaycanı tərk edən ingilis mütəxəssis 2-3 həftəyə yenidən qayıdacaq.
Fariz Nəcəfovun sözlərinə görə, bu dəfə o, ailəsini də ölkəmizə gətirəcək: “Toni Adamsın iyunun əvvəllərində ölkəmizə qayıdacağı gözlənilir. O vaxta kimi onun işlərini əsas köməkçisi Harri Stivens həyata keçirəcək. Burda qalan ingilis çalışdırıcı eyni zamanda, Qəbələdəki bazada təşkilatı işlərlə məşğul olmalıdı. Türkiyəli məşqçimiz Fatih Kavlak isə məşq ləvazimatları, inventarlarla bağlı işlərlə məşğuldur. Yəni Adams qayıdana kimi, onun texniki çatışmazlıqlarla bağlı bütün tapşırıqları həyata keçmiş olacaq. Gəlişindən təxminən bir həftə sonra, yəni iyunun ortalarında növbəti mövsümün hazırlıqlarına start verəcəyik. Onu da qeyd edim ki, Adams iyunda ailəsini də ölkəmizə gətirəcək. Çünki birdəfəlik burda qalıb, bütün fikrini işinə yönəltmək istəyir”.
Vitse-prezident yeni baş məşqçinin ölkəsindən legioner futbolçu gətirməsini də istisna etmir: “Düzdü, o, ölkəsinə heç də futbolçu gətirmək üçün getməyib. Sadəcə ordakı işlərini tamamlamaq, ailəsini gətirmək üçün yollanıb. Amma ola bilər ki, gözaltı etdiyi hansısa futbolçu olsun, onun transferinə çalışsın. Hər halda klubumuzla çalışan menecerlər də var və onların da təklif etdiyi oyunçuları nəzərdən keçirəcəyik, yoxlamağa çalışacağıq. Son qərarı isə baş məşqçimiz özü verəcək”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat