UEFA-nın kütləvi futbol proqramına uyğun olaraq, AFFA bu gün Sumqayıt şəhərindəki Üzeyir Hacıbəyov adına «Kimyaçı» Mədəniyyət Sarayının qarşısında «Top festivalı» keçirilib. Qol.Az-ın qurumun rəsmi saytina istinadən verdiyi məlumata görə, tədbirin aparıcısı Nəsib Nur «Top Festivalı»nda iştirak etmək üçün 280 uşağın qeydiyyatdan keçdiyini bildirib,analoji tədbirlərin daha əvvəl Bakıda, Gəncədə, Lənkəranda təşkil olunduğunu və artıq ənənəvi xarakter aldığını deyib. Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və «Azərkimya» İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev çıxış edərək ölkəmizdə futbolun kütləviliyinin artırılması üçün məqsədyönlü işlər görüldyünü, «Top Festivalı»nın da bu qəbildən olan tədbirlərdən olduğunu bildiriblər.
Çıxışlar başa çatdıqdan sonra münsiflər heyətinin üzvləri təqdim olunub. Məlum olub ki, iştirakçıların çıxışını Regional Futbol Federasiyaları İctimai Birliyinin vitse-prezidenti Maşallah Əhmədov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov, «Azərkimya» İstehsalat Birliyinin nümayəndəsi Eldar Məmmədov, Azərbaycanın əməkdar məşqçisi Səyavuş İbrahimov və Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şəmilov qiymətləndirəcək.
Ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov yarışın qaydaları barədə ətraflı məlumat verdikdən sonra iştirakçılar topla davranış məharətlərini nümayiş etdirməyə başlayıblar.
Tədbiri izləyənlər arasında FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks və 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt da olub
Festival iştirakçıları və qonaqlar ölkəmizi «Eurovision-2009» müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin çıxışını da izləmək imkanı qazanıblar.
Gərgin mübarizədən sonra «Top Festivalı»nın qalibi adını Tural Bayramlı qazanıb. 2-ci yeri Ramil Orucov, 3-cü yeri isə Ülvi Bayramlı tutub.
Qızlar arasında yarışın qalibi Nərminə İsmayılova olub.
Yarış başa çatdıqdan sonra qaliblərə AFFA-nın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mükafatları təqdim olunub.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat