«İnter» sabah «Ventspils»lə qarşılaşır

XƏBƏR 19 Yanvar 2009 / 11:13 3076
-  A +

Moskva şəhərində keçirilən «Birlik kuboku» yarışının qrup mərhələsinin son oyunları sabah baş tutacaq. Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionu «İnter» Latviyanın «Ventspils» klubu ilə qarşılaşacaq. "Olimpiyski" manejində keçiriləcək oyun Bakı vaxtı ilə saat 14.00-da başlayacaq. Xatırladaq ki, ¼ final mərhələsinə yüksəlmək üçün komandamızı bu oyunda bir xal da təmin edir.
Oxucuların nəzərinə çatdırırıq ki, Qol.Az saytı əvvəlki oyunlarda olduğu kimi,  bu matçdan da online-reportaj yayımlayacaq.


Son xəbərlər